Saidə Haqverdiyeva — azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir. Prezident təqaüdü (2013).
Səidə Haqverdiyeva | |
---|---|
Saidə Yavər qızı Haqverdiyeva | |
Doğum tarixi | 30 oktyabr 1982 (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Rəşad Əhmədzadə |
Təhsili | Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu |
Fəaliyyəti | Yazıçı, ssenarist, rejissor |
Əsərlərinin dili | Azərbaycanca |
Janr | Hekayə-Povest |
Mükafatları |
Saida Yavər qızı Haqverdiyeva 1982-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Bakıdakı 182 saylı məktəb-liseydə alıb. Hələ məktəb illərindən şeir və kiçikhəcmli hekayələr ilə uşaqlarla bağlı dərgilərdə dərc olunub. Daha sonra dövrü mətbuatda poeziya nümunələri ilə çıxış edib. "Ədəbiyyat və İncəsənət", "Ədalət" və başqa qəzetlərdə şerləri çap olunub.2003-cü ildə yazıçı-publisist Akif Şahverdiyevin redaktorluğu ilə "Gözüm qaldı gözündə" şerlər kitabı çap olunub. Bir çox qəzetlərlə əməkdaşlıq edib.2006-cı ildə Azərbaycan Dövlət Televiziyasında əmək fəaliyyətinə başlayıb. 2008-ci ildə "Lider" televiziyasında çalışıb. Sonra fəaliyyət istiqamətini dəyişərək 2009–2010-cu illərdə müxtəlif xeyriyyə təşkilatlarında təşkilatçılıq edib, bir sıra mədəni-kütləvi aksiyaların reallaşmasına dəstək verib. 2011-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında çalışmağa başlayıb. 2014-cü ildə Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlığa başlayıb.2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış "Yazıçıların yaradıcılıq şəraitinin yaxşılaşdırılması üçün xüsusi təqaüd fondu"nun təqaüdünə 1-illik layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.2014-cü ildə "AYB KİTAB" layihəsi üzrə "İsanın yatağındakı ilahə" adlı ikinci hekayələr kitabı işıq üzü görüb. Uşaqlar üçün yazdığı "Toplan" pyesi Təbriz şəhərində tamaşaya qoyulub və böyük uğurla səhnə həyatı yaşayıb. 2016-cı ildə "Qara qızın qara bəxti" adlı pyesi əsasında ssenariləşdirdiyi "Ər quyusu" filminə quruluş verib.2017-ci il 15 fevralda filmin "Nizami Kino Mərkəzi"ndə qala gecəsi baş tutub.
2015–2020-ci illərdə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun "Musiqili estrada sənəti fakültəsi"ndə "Musiqili layihələri meneceri" üzrə təhsil alıb.
28 dekabr 2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.[1]
2018-ci ildə "Bu zonanın Məmmədağası" adlı bədii filmini çəkib.2019-cu ildə "Oyun" inklüziv teatrını yaradıb. Cəfər Cabbarlının "Solğun çiçəklər" dramının motivləri əsasında "Solğun sevgilər" tamaşasını səhnələşdirib və quruluş verib. əlilliyi olan şəxslər ilə peşəkar aktyorların birgə oynadığı tamaşa böyük rəğbət qazanıb. Rejissor kimi "Oyuq" və "Küllücə" (bu studiya əlilliyi olan uşaq və yeniyetmələrdən təşkil olunub) teatr-studiyalarının istedadlarının ifasında 10-a yaxın müstəqil səhnə işi ərsəyə gətirib. Müxtəlif sosial yönümlü irimiqyaslı mədəni aksiyaların, sərgi və konsert proqramlarının təşkilatçısıdır. Azərbaycan tarixində ilk dəfə olaraq autizm sindromlu uşaqların iştirakı ilə (2016) "Əlimdən tut" adlı sosial mövzulu tamaşa hazırlayıb.
Rəhbəri olduğu studiya ilə Rusiya, Türkiyə, Bolqarıstan, Makedoniya, İran kimi ölkələrdə müxtəlif festival və müsabiqələrə qatılaraq qalib olub. Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı "Ağca və yeddi Cırtdan", "Üç donuz balası", "Gözəl bahar" tamaşalarının səhnələşdirmə və quruluş müəllifidir. Hazırda "Melisa" adlı yeni səhnə işi üzərində çalışır. İkinci Qarabağ müharibəsi və müharibədən əziyyət çəkmiş qadınların xatirələri əsasında ərsəyə gələn "Köhnə çamadanlar" filminin (2021) rejissorudur.
Tanınmış teatr xadimi Rəşad Əhmədzadənin həyat yoldaşıdır. Azərbaycan yazıçısı, satirik şair Rüfət Əhmədzadənin gəlinidir.