Rəşad Cəfərzadə

Rəşad Əlyar oğlu Cəfərzadə (d. 14 oktyabr 1994; Bakı, Azərbaycan - ö. 16 dekabr 2015; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Rəşad Cəfərzadə
Rəşad Əlyar oğlu Cəfərzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən Ağdam rayonundan olan Rəşad Cəfərzadə 14 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Hələ uşaq yaşlarında, anasını və atasını itirən Rəşad Cəfərzadəyə, onun dayısı və xalası baxırdı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Rəşad Cəfərzadə 2015-ci ildə, dekabrın 16-da axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 17-si isə Rəşad Cəfərzadə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rəşad Cəfərzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]