Rəşad Məstəliyev

Rəşad Oqtay oğlu Məstəliyev (6 iyun 1981) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvü və Gənc alimlər və mütəxəssislər şurasının sədridir.[1][2]

Rəşad Məstəliyev
Rəşad Oqtay oğlu Məstəliyev
Doğum tarixi (43 yaş)
Doğum yeri Böyük Mərcanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi riyaziyyat üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri AMEA-nın İdarəetmə Sistemləri İnstitutu
Təhsili Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
isi.az/az/content/57

Məstəliyev Rəşad Oqtay oğlu 1981-ci ilin iyul ayının 6-da Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş və universitetin 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr pilləsini bitirmişdir. 2004-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun (o zamanki Kibernetika) əyani aspiranturasına daxil olmuş və 2008-ci ildə aspiranturanı bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın27 iyun 2012-ci il tarixli qərarı ilə (protokol№22-k) riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2007-ci ildən İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2016-cı ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 14 oktyabr 2016-cı il tarixli qərarı ilə (protokol № 21-k) "dosent" elmi adı verilmişdir. Dosent attestatı DS № 05498. Hal-hazırda R.O.Məstəliyev AMEA İdarəetmə Sistemləri İnstitutunda "Mürəkkəb dinamik sistemlərdə idarəetmə" laboratoriyasınınaparıcı elmi işçisidir. Dosent R.O.Məstəliyev həmçinin 2010-cu ildən BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin riyazi kibernetika kafedrasında müxtəlif fənləri tədris edir. R.O.Məstəliyev İdarəetmə Sistemləri İnstitutunun Gənc alimlər və mütəxəssislər şurasının sədridir.

Elmi dərəcə və elmi adları:

R.O. Məstəliyev 2011-ci ildə "Bir sinif diskret optimal idarəetmə məsələlərinin tədqiqi" adlı dissertasiya müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almişdir.

R.O. Məstəliyev optimal idarəetmə sahəsində alimdir:

O həm diskret həm də kəsilməz sistemli optimal idarəetmə məsələlərinin tədqiqi ilə məşğul olmuş və həm birinci tərtib həm də ikinci tərtib optimallıq üçün zəruri şərtlər almışdır. Həmçinin məxsusi idarələrin tədqiqi ilə məşğul olmuşdur. Hal hazırda toplanmış və paylanmış parametrli stoxastik optimal idarəetmə məsələlərinin tədqiqi ilə də məşğuldur. R.O. Məstəliyev "Diskret riyaziyyat", "Diskret proseslər" fənnləri üzrə mühazirələr oxuyur. Dosent Rəşad Məstəliyev 53 elmi əsəri yerli və xarici jurnallarda çap olunmuş, o cümlədən 1 monoqrafiyanın, 1 dərs vəsaitinin müəllifidir.

Əmək və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Volterra tip fərq tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi ilə məşğul olmuşdur. Bu tipli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün maksimum prinsipi formasında, xəttiləşmiş maksimum prinsipi formasında və Eyler tənliyinin analoqunu formasında birinci tərtib zəruri şərtlər almışdır. Sonra bəzi zəruri şərtlərin cırlaşdığı (məxsusi hallar) hallarda və idarəetmə oblastının açıqlığı şərti daxilində optimallıq üçün ikinci tərtib zəruri şərtlər almışdır. Həmçinin diskret-kəsilməz tipli Volterra tənliklər sistemləri ilə təsvir olunan idarəetmə məsələlərində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər almışdır. Hal-hazırda toplanmış və paylanmış parametrli stoxastik optimal idarəetmə məsələlərinin tədqiqi ilə məşğuldur.

Əsas elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. Принцип максимума Понтрягина в процессах описываемых разностными уравнениями Вольтерра. Известия НАН Азербайджана, Сер. Физико-технических и математических наук, 2007 №2-3, с.62-65.
  2. Необходимые условия оптимальности первого и второго порядка в задачах управления описываемых системами разностных уравнений Вольтерра. Автоматика и вычислительная техника, 2008 №2, с.24-31.
  3. Необходимые условия оптимальности особых управлений в задаче оптимального управления дискретно-непрерывной системой. Институт Проблем Управления им.В.А.Трапезникова РАН, Проблемы Управления, 2015 №1, с.11-18.
  4. Необходимые условия оптимальности первого и второго порядка в одной ступенчатой задаче оптимального управления с дискретно-непрерывной системой. Проблемы управления и информатики. Международный научно-технический журнал, 2015 №3.
  5. О задаче оптимального управления линейной системой с переменной структурой. Владикавказ математический журнал, том 18, 2016 №1, с.69-77.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Bakı Dövlət Universitetində "Riyazi kibernetika" kafedrasının saathesablı müəllim.

"Təşəkkürnamə": SABAH qrupları üçün Bakı Dövlət Universitetinin 100 illik yubleyinə həsr olunmuş bilik yarışının keçirilməsində göstərdiyi xüsusi dəstəyə görə Təhsil Naziri Ceyhun Bayramov tərəfindən təltif edilmişdir.

53 qədər elmi iş çap olunub, o cümlədən:

  1. К.Б. Мансимов, Р.О. Масталиев. Принцип максимума Понтрягина в процессах описываемых разностными уравнениями Вольтерра. Известия НАН Азербайджана, Сер. Физико-технических и математических наук. 2007 №2-3, с.62-65.
  2. К.Б. Мансимов, Р.О. Масталиев. Об оптимальности квазиособых управлений в задаче управления описываемых системой разностных уравнений Вольтерра. Докл НАН Азербайджана, 2007 №5, с.42-45.
  3. К.Б. Мансимов, Р.О. Масталиев. Необходимые условия оптимальности первого и второго порядка в задачах управления описываемых системами разностных уравнений Вольтерра. Автоматика и вычислительная техника. 2008 №2, с.24-31.
  4. Р.О. Масталиев. Об оптимальном управлении в дискретных системах составного типа Вольтерра. Известия НАН Азербайджана, Сер. Физико-технических и математических наук. 2008 №3, с. 64-69.
  5. Р.О. Масталиев. Необходимые условия оптимальности особых управлений в задаче оптимального управления дискретно-непрерывной системой. Институт Проблем Управления им.В.А.Трапезникова РАН. Проблемы Управления, 2015 №1, с.11-18.
  6. Р.О. Масталиев. Необходимые условия оптимальности в задаче оптимального управления дискретно-непрерывной системой. Вестник Томского гос. Университета. Управление, вычислительная техника и информатика, 2015 №1(30), с.4-10.
  7. Р.О. Масталиев. Необходимые условия оптимальности первого и второго порядка в одной ступенчатой задаче оптимального управления с дискретно-непрерывной системой. Проблемы управления и информатики. Международный научно-технический журнал, 2015 №3, с.5-16.
  8. Р.О. Масталиев. О задаче оптимального управления линейной системой с переменной структурой. Владикавказ математический журнал, том 18, 2016 №1, с.69-77.
  9. К.Б. Мансимов, Р.О. Масталиев. Об оптимальности квазиособых управлений в одной стохастической задаче управления. Вестник Томского гос. Университета. Управление, вычислительная техника и информатика, 2016 №3(36), с.4-10.
  10. Р.О. Масталиев. Необходимые условия оптимальности второго порядка в одной стохастической задаче оптимального управления с переменным запаздывающим аргументом. Вестн.Сам.гос.техн.ун.-та., Сер.физ.-мат.науки, 2016, том 20, №4, с.620-635.

Və s.

  1. Мансимов К.Б., Масталиев Р.О. Оптимизация процессов описываемых разностными уравнениями Вольтерра. Изд-во “Lambert”, 2017, 263 с.

Dərs vəsaitləri

[redaktə | mənbəni redaktə et]
  1. Abdullayev A.Ə., Mənsimov K.B., Məstəliyev R.O. Riyazi məntiqdən məsələ və çalışmalar. Bakı, BDU nəşriyyatı, 2014, 150 s.
  1. "http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/Məstəliyev Rəşad Oqtay oğlu". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
  2. http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Məstəliyev Rəşad Oqtay oğlu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]