Rəşad Mehdiyev (rəssam)

Rəşad Rafiq oğlu Mehdiyev (1 noyabr 1968, Bakı) – Azərbaycan Respublikasının əməkdar rəssamı (2015),[1] Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki (2012),[2] sənətşünaslıq üzrə fəlsəfə doktoru (2008),[3] Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997).[4]

Rəşad Mehdiyev
Rəşad Rafiq oğlu Mehdiyev
Doğum tarixi (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu
Memar Sinan İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2015

Rəşad Mehdiyev 1 noyabr 1968-ci ildə rəssam ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir.[5] Təhsilini tamamladıqdan sonra bir müddət Moskvada yaşamış, sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunundan məzun olmuşdur. 1991-ci ildə Memar Sinan İncəsənət Universitetində təhsilini davam etdirmişdir.[5]

2008-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir.

Xalq rəssamı Rafiq Mehdiyevin oğludur.[6]

  1. 1987 – Azərbaycanın gənc rəssamlarının sərgisi,"BAC", Bakı
  2. 1990 – "BAC"ın fərdi təqdimatı, Bakı
  3. 1991 – "Trio", Gənc rəssamlar, İstanbul
  4. 1993 – "İdeal", şəkil, təqdimat, manej, Sankt-Peterburq
  5. 1995 – "Vanguard moda" festivalı, Tbilisi
  6. 1996 – Personal təqdimat "BAC", Bakı
  7. 1997 – "Avanqard hərəkatı", Bakı
  8. 1999 – Fərdi təqdimat "Maxim qalereyası", Bakı
  9. 2002 – Fərdi təqdimat "Lang Gallery", Vyana
  10. 2002 – Beynəlxalq Simpozium laureatı "Turksoy", İstanbul
  11. 2002 – "Venedik Desing" Art qalereyasının şəxsi sərgisi, Venesiya
  12. 2005 – Azərbaycan rəssamlarının sərgisi, Rusiyada Azərbaycan mədəniyyəti günləri, Moskva
  13. 2005 — Azərbaycan rəssamlarının sərgisi, Şaul
  14. 2006 – Vyana-Porchia sarayında fərdi təqdimat
  15. 2006 – U. N. O-da fərdi sərgi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
  16. 2008 – Rəsmin annotasiyası. Xalça Muzeyi, Bakı
  17. 2012 – Fərdi sərgi. "Qız qalası"qalereyası. Bakı
  18. 2012 – "Yeddi" İncəsənət Sərgisi. Avropa Birliyi.
  19. 2012 – Azərbaycan incəsənətinin sərgisi. Tbilisi İncəsənət Muzeyi
  20. 2014 — Fərdi sərgi. Qəbələ
  21. 2015 — Fərdi sərgi. Müasir İncəsənət Muzeyi. Bakı

Mükafatları və üzvlükləri

[redaktə | mənbəni redaktə et]

Məşhur əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 30 dekabr 2015. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
  2. "Rəssam Rəşad Mehdiyev: Əhalinin sağlamlığının qorunması üçün ölkəmizdə səmərəli tədbirlər görülür". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 aprel 2020. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rusiyanın İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki Rəşad Mehdiyev deyib.
  3. "İstedadlı Azərbaycan rəssamı "Ənənə və Müasirlik" VI Moskva Beynəlxalq incəsənət festivalında iştirak edəcəkdir". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 21 iyun 2012. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022. Bu mötəbər tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, istedadlı rəssam Rəşad Mehdiyev təmsil edəcəkdir.
  4. "Unikal rəssam Rəşad Mehdiyev". kayzen.az (az.). 26 iyul 2016. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
  5. 1 2 "Rəssam Rəşad Mehdiyev: "Satqınlıq etsən, o, səni bağışlamayacaq və həmişə ürəyində ləkə qalacaq" - FOTOSESSİYA". milli.az (az.). 18 Oktyabr 2010. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
  6. "Qrafik, rəngkar, pedaqoq və... insan". 525.az (az.). 525-ci qəzet. 18 dekabr 2018. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.