Rafiq Mahmud oğlu Mehdiyev (10 iyun 1933, Şahbuz, Naxçıvan MSSR – 28 noyabr 2009, Bakı) — Azərbaycan xalq rəssamı (qrafik), professor, Azərbaycan Rəssamlıq İttifaqının qrafika bölməsinin sədri, prezident təqaüdçüsü.
Rafiq Mehdiyev | |
---|---|
Rafiq Mahmud oğlu Mehdiyev | |
Doğum tarixi | 10 iyun 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 2009 (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Rafiq Mehdiyev 1933-cü ildə iyunun 10-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına rəssamlıq texnikumunu(1948–1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini (1953–1958) bitirmişdir. Əmək fəaliyyətini Ə.Əzimzadə adına rəssamlıq texnikumunda müəllim ( 1962), sonra M.Əliyev adına A D İ İ-da dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır.
Onun yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimovun “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib. Rafiq Mehdiyev monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Güllələnmə”, “Bir cərgə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar.
Rəssam dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələrinin də olduğunu söyləyən natiqlər diqqətə çatdırıblar ki, Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzümyığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları uğurla təqdim edilib.
1980-cı ildə əməkdar rəssam (18.12.1980)[1], 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və xalq rəssamı fəxri adına layiq görülmüşdür. 2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur. Mehdiyev Rafiq bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Rəssam 2009-cu ildə Bakıda vəfat etmişdir.
Şair Tofiq Mahmudun, kinorejissor Hüseyn Mehdiyevin qardaşı, rəssam Rəşad Mehdiyevin atası, heykəltaraş İmran Mehdiyevin babasıdır.