Rəşad Nəsirov

Rəşad Nəsirov (tam adı: Rəşad Nəsirov Barat oğlu; 24 iyul 1977, Bakı) — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sabiq sədr müavini.[1] Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri (2023-h.h.).

Rəşad Nəsirov
2015 – 2020
ƏvvəlkiCavanşir Cahangirov
SonrakıRafiq Həşimov
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyul 1977(1977-07-24) (47 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti jurnalist
Atası Barat Nəsirov
Anası Leyla Nəsirova
Həyat yoldaşı Nigar İbrahimova
Uşağı 2 oğlan

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2016 "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı

Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı şəhəri 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.

ANS, "Lider" telekanallarında və İctimai Televiziyada çalışıb.

2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad olunub.[2]

24 yanvar 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2023-cü il sentyabrın 28 də keçirilən 6-cı Məclisinin qərarı ilə AHİK-in Məclis üzvlüyünə seçilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarı ilə Rəşad Nəsirov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın üzvlərindən biri seçilib.[3]

Evlidir, iki övladı var.

Mükafatları, təltifləri və fəxri adları

[redaktə | mənbəni redaktə et]
  • 2016-cı il 07 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.[4]
  • 2019-cu il 10 sentyabr tarixində Dövlət Sərhəd xidməti tərəfindən "Azərbaycanın Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunmuşdur.
  1. Azərbaycan Milli mətbuatının inkişafında şuşalı ziyalıların rolu (1875–1935), Bakı: "Mütərcim", 2018, 216 səh.
  1. "Aztv.az saytı". 2016-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  2. "AzTV-nin sədr müavini işdən çıxarıldı - YENİ TƏYİNAT". www.bakupost.az. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  3. "Azərbaycan Respublikasının Nazirlər Kabineti". nk.gov.az. 4 apr 2022.
  4. "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]