Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001).
Rəşid Meredov | |
---|---|
türkm. Raşit Öwezgeldiýewiç Meredow | |
Vəzifədədir | |
21 fevral 2003-cü ildən | |
Prezident | Saparmurat Niyazov Qurbanqulu Berdiməhəmmədov |
7 iyul 2001 – vəzifədədir | |
Prezident | Saparmurat Niyazov Qurbanqulu Berdiməhəmmədov |
Əvvəlki | Batır Berdiyev |
Türkmənistan Məclisinin Sədri | |
may 2001 – 7 iyul 2001 | |
Əvvəlki | Sahat Muradov |
Sonrakı | Rəcəpbay Arazov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır.[1] Uşaqlığı Marı şəhərində keçib.[2]
1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb.
1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb. 1993-cü ilin martından 1994-cü ilədək Türkmənistan Prezidenti Aparatının hüquq bölməsinin müdiri işləyib.
1994-cü ildə Türkmənistan Məclisinə (parlamentinə) seçilib. 1996–1999-cu illərdə Türkmənistan prezidenti yanında Demokratiya və İnsan Hüquqları Milli İnstitutunun direktor müavini işləyib. 1996-cı ildə eyni zamanda Rusiya XİN-nin Diplomatik Akademiyasında qısa kurslar keçib. 1999-cu ilin mayında xarici işlər nazirinin birinci müavini təyin edilib. 2001-ci ilin may-iyul aylarında Türkmənistan Məclisinin Sədri olub. 2001-ci ilin iyul ayında Türkmənistan xarici işlər naziri təyin olunub.[3] 2003-cü ilin fevral ayından eyni zamanda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini vəzifəsini də icra edir.[4]