Rəşid Qumaroviç Nurqaliyev (rus. Рашид Гумарович Нургалиев; 8 oktyabr 1956, Jitikara, Kostanay vilayəti) — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı.
Rəşid Nurqaliyev | |
---|---|
rus. Рашид Гумарович Нургалиев | |
2 yanvar 2004 – indiyə kimi | |
Sonrakı | Boris Qrızlov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 oktyabr 1956 (67 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Dini | sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Rütbəsi | Ordu generalı (Rusiya) |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1956-cı il oktyabrın 8-də hərbçi ailəsində anadan olmuşdur. Tatar əsilli müsəlmandır. Nurqaliyev 1979-cu ildə Petrozavodsk (Kareliya) şəhərində iqtisadiyyat fakültəsini bitirib.
1981-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı-nın kəşfiyyat təşkilatı KQB-yə (DTK) daxil olub və Kareliya Muxtar Respublikasının terrorla mübarizə şöbəsinin başçılığına qədər yüksəlib.
1995-ci ildən 2002-ci ilə qədər Rusiyanın Federal Kəşfiyyat Təşkilatı (FSK) və bu təşkilatın davamı olan Federal Təhlükəsizlik Xidməti FSB-də müxtəlif vəzifələrdə xidmət etmişdir.
2002-ci ildən 2004-cü ilədək Rusiya Federasiyası Daxili İşlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
2 yanvar 2004-cü il tarixində Rəşid Nurqaliyev Rusiya Federasiyasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib.
R. Nurqaliyev ailəlidir və iki uşağı var.