Rəcəb Rəhimli

Rəcəb Zakir oğlu Rəhimli (12 avqust 1973, Dırnıs, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Rəcəb Rəhimli
Şəxsi məlumatlar
Doğum tarixi (51 yaş)
Doğum yeri
Elmi fəaliyyəti
Elmi dərəcəsi Siyasi elmlər üzrə fəlsəfə doktoru
Elmi adı Dosent

Rəcəb Zakir oğlu Rəhimli 12 avqust 1973-cü il tarixində Naxçıvan MR, Ordubad rayonunun, Dırnıs kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhəri 39 nömrəli orta məktəbini bitirmişdir. 1999-cu ildə Türkiyə Respublikası Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri (İİBF) fakültəsini dövlət idarəçiliyi ixtisası üzrə bakalavr pilləsini (dövlət xətti ilə) bitirmişdir. 2000–2002-ci illər arasında Türkiyə Respublikasının Qazi Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistraturada təhsil almışdır (dövlət xətti ilə). 2003-cü ildə Türkiyə Respublikasının Ankara Universiteti Siyasət Elmlər fakültəsinə (SBF) dövlət idarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2008-ci ildə "Azerbaycanda memurlar: haklar, yükümlülüklər, denetim" mövzusunda dissertasiya işini müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda 23.00.02 — "Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər" ixtisası — üzrə "Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını almışdır. Evlidir, iki övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

05.02.2004–03.05.2004-cü il tarixində — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Beynəlxalq əlaqələr" şöbəsində baş mütəxəssis; 03.05.2004–08.09.2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Elmi katibi; 08.09. 2010–02.05.2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun "Milli təhlükəsizlik və erməni araşdırmaları" şöbəsinin müdiri; 03.05.2011–03.09.2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi araşdırmalar İnstitutunun "Sosioloji tədqiqatlar və konsaltinq" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır. 03.09.2012-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Elmi-təşkilat və beynəlxalq əlaqələr" şöbəsinin müdiri, 02.11.2020-ci il tarixindən isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müdiri vəzifəsində çalışmışdır.[1][2][3][4]. 5 avqust 2023-cü il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir[5][6]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəcəb Rəhimli 87 elmi əsərin, o cümlədən xaricdə və respublikamızda nəşr olunmuş 4 monoqrafiyanın, 4 kollektiv kitabın həmmüəllifi, ali məktəblər üçün 1 dərsliyin həmmüəllifidir[7][8].

Elmi maraq dairəsi

[redaktə | mənbəni redaktə et]

İdarəetmədə və dövlət idarəçiliyində innovasiyaların tətbiqi və onların idarə olunması, İnsan resurslarının idarə edilməsi, Liderlik və Kouç tərzi liderlik (Leadership and Coaching Leadership Style)[9], iş effektivliyinin idarə edilməsi (performance management), dəyişikliklərin idarə edilməsi (VUCA vs BANI mindset), dövlət qulluğu, dövlət qulluğunda etik normalar[10], dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, strateji idarəetmə, siyasi, sosial-iqtisadi və enerji təhlükəsizliyi problemləri və s[11].

  1. Azerbaycan Kamu Personel Sistemi. Türkiyə- Ankara: Naturel Yayıncılık, 2006, 144 s.
  2. Azərbaycan Respublikasının idarəetmə sistemində yerli özünüidarələr. Bakı: " Elm", 2009, 172 s.
  3. Azerbaycan Devlet Personel Yönetimi[12]. Türkiyə- Ankara: Kültür Ajansı Yayınları, № 128, 2011, 256 s.
  4. Çağdaş Siyasal Sistemler (XIII Fəsil- Azərbaycan Respublikası)[13]. Türkiyə- Ankara: Binyıl Yayın (#empty_citation)ları, 2012, 603 s.
  5. Dünyada yerel yönetimler (örnekler-uygulamalar) (IV Fəsil- Azerbaycan Cumhuriyetinde yerel yönetimler). Türkiyə-Ankara Seçkin Yayınları, 2013, 640 s.
  6. Çağdaş Siyasal Sistemler (XIX Fəsil- Azərbaycan Respublikası). Türkiyə-Ankara Erek Matbaacılık Yayınları, 2015, 864 s.
  7. Azerbaycan Kamu Personel Yönetimi[14]. Anadolu Üniversitesi yayını № 3339, Türkiyə-Eskişehir, 2016, 275 s.
  8. İnsan potensialına əsaslanan sosial müəssisələr Azərbaycanda davamlı innovativ inkişaf texnologiyası kimi[15]. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı Fondu, Bakı, 2018, 184 s.
  9. Эволюция государственного управления в странах постсоветского пространства 1991–2021 – отв. ред. И. Н. Барциц. (Эволюция государственного управления в странах постсоветского пространства (Азербайджанская Республика)[16][17]. Издательский дом "Дело", РАНХиГС, Москва, 2021, 448 s.
  1. https://azertag.az/xeber/DIA_nin_dosenti_Turkiyede_kechirilen_tedbirde_Azerbaycanin_dovlet_qullugu_sistemi_haqqinda_teqdimat_edib-1895945
  2. https://azertag.az/xeber/Dovlet_Idarechilik_Akademiyasinda_telim_Muasir_dovrde_dovlet_qulluqchularinin_xidmeti_fealiyyetinin_qiymetlendirilmesi-2567642
  3. "Arxivlənmiş surət". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  4. "Arxivlənmiş surət". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  5. "Arxivlənmiş surət". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  6. "Arxivlənmiş surət". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  7. "Arxivlənmiş surət". 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  8. "Arxivlənmiş surət". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  9. https://azertag.az/xeber/DIA_da_Dovlet_idarechiliyinde_liderlik_movzusunda_telim_kechirilib-2191454
  10. "Arxivlənmiş surət". 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  11. "Arxivlənmiş surət". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  12. "Arxivlənmiş surət". 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  13. https://www.kitapyurdu.com/kitap/cagdas-siyasal-sistemler/270150.html
  14. "Arxivlənmiş surət". 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  15. "Arxivlənmiş surət" (PDF). 2023-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-14.
  16. "Arxivlənmiş surət". 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  17. "Arxivlənmiş surət". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.