Rəhim Şəhriyari — məşhur azərbaycanlı muğənni və Araz musiqi qrupunun qurucusudur. 1970-ci ildə Şənbi-Qazanda anadan olmuşdur.[1]
Rəhim Şəhriyari | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1970 |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Janr | pop musiqisi |
Musiqi alətləri | qarmon |
Müxtəlif musiqi üslublarında oxuyan Rəhim Şəhriyari pop və muğam ritmlərini bir yerdə də ifa edir. İranda populyarlıq qazanmış bir çox musiqinin müəllifidir.
Araz qrupu İran azərbaycanlılarından ibarətdir. Qrup 1996-cı ildə Rəhim Şəhriyari tərəfindən yaradılmışdır.[2][3]Azərbaycan pop musiqisi, Azərbaycan folklor musiqisi və xalq musiqisinin ifası ilə məşğuldurlar.[4][5] Qrup Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Astara, Kərəc və Bəhmən də konsertlər vermişdir. Həmçinin, ABŞ, Kanada və Avropada da Araz qrupu tərəfindən konsertlər verilmişdir.[3][6][7][8][9] Canada[2][7] and Europe.[3]
2016-cı ildə Novruz bayramı münasibətilə ABŞ-də orada yaşayan İran azərbaycanlıları üçün silsilə konsertlər vermişdir. Konsertlərini Los-Anceles Kaliforniya Universitetində, San-Dieoqo Müasir İncəsənət Muzeyində, Tomas Ceferson İctimai Birliyi Mərkəzində, Turlock İctimai Birliyi Teatrında vermişdir.[10]
Yavash Yeri (Official, Released: 0000) | ||||
---|---|---|---|---|
Sıra | Ad | Ərəb qrafikalı azərbaycanca | ||
1 | Yavaş yeri | یاواش یئری | ||
2 | Yanında olum gərək | یانیندا اولوم گرک | ||
3 | Toy(Gəlin gəlir naz ilə) | توی(گلین گلیر ناز ایله) | ||
4 | Bağçalarda barım var | باخچالاردا باریم وار | ||
5 | Yollarına baxaram | یوللارینا باخارام | ||
6 | Sual | سوال | ||
7 | Gəl barışaq | گل باریشاق | ||
8 | Mən sənə neyləmişəm ? | من سنه نئیلهمیشم | ||
9 | Bir Göyə bənzəyirsən | بیر گؤیه بنزیرسن | ||
10 | Azəri qız | آذری قیز |