Rəhim Xəlil oğlu Qocayev (10 avqust 1979, Şəki, Azərbaycan SSR) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2018).
Rəhim Xəlil oğlu Qocayev 10 avqust 1979-cu ildə Şəkidə doğulub. Şəki şəhər 10 saylı məktəbdə oxuyub. Məktəb illərindən "Radio-Elektronika" ilə məşğul olub. Bu bilgisinə görə 1997-ci ildə Şəki Dövlət Dram Teatrına radist götürülüb. Həmin ilin sonunda hərbi xidmətə gedib. 1997 – 1999-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Teatrda radist işləyib. İşlədiyi müddətdə Aktyor sənətinə böyük maraq oyanıb və həmin truppada çalışmaq arzusunda olub. Bu həvəsinə görə onu müxtəlif tamaşalarda kütləvi səhnələrdə sınayıblar. İstedadına və böyük həvəsinə görə 2001-ci il dekabr ayının 1-dən aktyor truppasında çalışmağa başlayıb. İşlədiyi müddətdə 2009 - 2011-ci illərdə Teatrın nəzdində olan, Mirbala Səlimlinin rəhbərlik etdiyi Teatr Studiyasında aktyorluq sənəti üzrə iki illik tam kurs keçib. Bu kursda Teatrın təcrübəli aktyorlarından və Teatrın baş Rejissoru böyük Ustadı ( Azərbaycanın Əməkdar İncəsənət Xadimi ) Mirbala Səlimlidən Aktyor sənətinin incəliyini və sirlərini öyrənib. Kurs işi olaraq J.B.Molyerin "Aldadılmış ər" tamaşasında ( Klitandr ) rolunu oynamış və ona Teatrın bədii şurası tərəfindən Teatr Aktyoru ixtisası verilmişdir. Aktyorun Azərbaycanın klassik və çağdaş müəlliflərinin müxtəlif janrlı əsərlərinin tamaşalarında ifa etdiyi səhnə obrazları tamaşaçılar tərəfindən sevilib və yadda qalıb. Verilən hər bir obraza böyük məhsuliyyətlə yanaşan Aktyorun arzusu hər yeni Tamaşada yeni bilgi və yeni təcrübə qazanmaqdır.
- Musiqiçi - “Adsız ulduz” (Mixail Sebastian) 2002.
- Hüquqçu - "Cəzasız günah" (Bəxtiyar Vahabzadə) 2003.
- Səid - "Molla Nəsrəddinin sərgüzəştləri" (Leonid Solovyov, Viktor Vitkoviç) 2003.
- Daniel - "Tələ" (Rober Toma) 2004.
- Əşrəf Bəy - “Yağışdan çıxdıq, yağmura düşdük” (Nəcəfbəy Vəzirov) 2005.
- Aşıq Sadıq - "Tıq-tıq xanım" (Rəhman Əlizadə) 2005.
- Hacı Nuru - "Molla İbrahimxəlil kimyagər" (Mirzə Fətəli Axundzadə) 2006.
- Valer - "Xəsis" (Jan Batist Molyer) 2008.
- Çepena - "Çiy yumurta, bişmiş məhəbbət" (Georgi Xuqayev) 2008.
- Qələndər - "Buna da... şükür" (Novruz Cəfərov) 2008.
- Qurban - "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev) 2009.
- Ağyegət - "Ay tutulan gecə" (Mustay Kərim) 2009.
- Klitandr - "Aldadılmış ər" (Jan Batist Molyer) 2011.
- Heydər Bəy - "Hacı qara" (Mirzə Fətəli Axundzadə) 2012.
- Ernesto - "Mahir aradüzəldənlər" (Xose Eçeqaray) 2013.
- Ayaz Turan - "Sevgililərin Cəhənnəmdə Vüsalı" (İlyas Əfəndiyev) 2014.
- Küşat - “...Və Dəyirman Dönərdi” (Haldun Taner) 2015.
- Məhəmməd Bəy - "Vaqif" (Səməd Vurğun) 2016.
- Akif - "Vicdan yükü" (Şəfaət Mehdiyev) 2016.
- Məmət - "Davul səsi" (Hidayət Sayın) 2017.
- Bəşir - “Gözəlləri necə qaçırırlar” (Bilal Appayev) 2018.
- Şah - "Hərənin bir ulduzu" (Əli Səmədli) 2018.
- Cənab Əzrayıl və Həkim - "Teleskop" (Elçin Əfəndiyev) 2019.
- Berald - "Xəstəlik Xəstəsi" (J.B.Molyer/M.Bulqakov) 2019.
- Balaş - "Sevil" (Cəfər Cabbarlı) 2019.
- Filibert - "Məzəli hadisə" (K.Qoldoni) 2021.
- Elcan Vətənski - "İntihar" (Vaqif Səmədoğlu) 2022.
- Hacı Çələbi Xan - "Çələbi Xan" (Xəqani Əliyev) 2022.
- Kişi - "21:15 Qatarı" (Toyğun Orbay) 2023.
- Divanbəyi - "Hekayəti-xırsi-quldurbasan" (Mirzə Fətəli Axundzadə) 2023.
- Aşbaz - "Kuraj ana və uşaqları" (Bertolt Brext) 2024.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri-fərmanı — 10 Mart 2015-ci il
- Azərbaycanın əməkdar artisti fəxri adı — 27 may 2018-ci il[1]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021-ci il[2], 10 may 2022-ci il[3]
- "Xanım Hey" (Nağıl) (2006) Əli Hacıyev. Space Tv.
- "Həyat hekayəsi" Çarx (2013) ( Tac production )
- Qırmızı bağ (film, 2016)
- Niyə? 2 (film, 2017)
- "Yad siqnal" Film 2017(Diplom işi)
- Xalisin arzuları (qısametrajlı bədii film,2018)
- Bir Zamanlar Şekide (The Game)(film 2019)
- Tələbə filmi:(2019) "Səmimiyyət"(Diplom işi)
- Aporia (film 2019)