Rəhim Qurbani

Rəhim Qurbani (Qurbanov Rəhim Kazım oğlu; 22 dekabr 1951, Zərkənd, Basarkeçər rayonu1 dekabr 2020, Gəncə) — azərbaycanlı şair. Əsasən təcnis sənətkarı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər Birliyinin (2015) üzvü.

Rəhim Qurbani
Qurbanov Rəhim Kazım oğlu
Rəhim Qurbani
Rəhim Qurbani
Doğum adı Rəhim
Təxəllüsü Qurbani
Doğum tarixi 22 dekabr 1951(1951-12-22)
Doğum yeri
Vəfat tarixi 1 dekabr 2020(2020-12-01) (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Fəxri xiyaban (Gəncə)[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti şair, müəllim
Üzvlüyü
Mükafatları "Qızıl Qələm" mükafatı (2010), Prezident təqaüdçüsü (2018)

Rəhim Qurbani 1951-ci il dekabr ayının 22-də Qərbi Azərbaycanın, Göyçə mahalının Zərkənd (Zərzibil) kəndində ziyalı ailəsində anadan olubdur.[1]

1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirib tarix müəllimi ixtisasını almış, həmin ildən doğma kəndlərində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı.

Gənc müəllim kimi işlədiyi vaxtdan yaradıcılıqla məşğul olmuş, dövrü mətbuatda — "Sovet Ermənistanı", "Vardenis" qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur.

Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Azərbaycana köçmüş, 1989-cu ildən Gəncə şəhərində məskunlaşmışdır. 1989–2017-ci illərdə Gəncə şəhər 9 saylı orta məktəbdə tarix müəllimi işləyib.

1 dekabr 2020-ci ildə Gəncə şəhərində vəfat etmiş və Gəncədəki Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda məskunlaşdıqdan sonra şeirləri bir çox qəzet və jurnallarda dərc olunub. "Oğuz eli", "Gəncənin səsi", "Göygöl", "Mübariz", "Naftalan", "Daşkəsən", "Vətəndaş", "Yeni Təfəkkür", "Vətən səsi", "Kredo", "Qərbi Azərbaycan press" qəzetlərində, "Pəncərə", "Ovqat", "Dünya Meridianları" və Yazıçılar Birliyinin nəzdində olan "Gəncə qapısı" jurnalında daimi olaraq şeirləri nəşr olunmuşdur.

Əvvəllər "Qərbi Azərbaycan press" qəzetinin əməkdaşı olmuş, hal-hazırda "Qanun və Səlahiyyət" qəzetinin xüsusi müxbiridir.

1989-cu ildən "Azərbaycan Aşıqlar Birliyi"nin, 2015-ci ildən isə "Azərbaycan Yazıçılar Birliyinin" və "Azərbaycan Jurnalistlər Birliyi"nin üzvü idi.

  • "Göyçə yaraları", Bakı, "Elm və təhsil", 2013.
  • "Göyçə qibləgahım, Gəncə pənahəm", Bakı, "Elm və təhsil", 2019. ISBN 978-9952-5654-4-7

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]

2010-cu ildən "Qızıl Qələm" mükafatı laureatı adına və "Nüfuzlu Ziyalı" diplomuna layiq görülmüşdür.

2018-ci ilin aprel ayında Prezident təqaüdünə layiq görülmüşdür.

Ailəli idi, 3 oğlu, 1 qızı, 8 nəvəsi var.

  1. Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr — Zərkəndli şair Rəhim (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.