Rəhmətulla Müqəddəm

Rəhmətulla Müqəddəm Marağayi (fars. رحمت‌الله مقدم مراغه‌ای‎; 1921, Qoşaçay2012, Tehran) — İran Milli məclisinin üzvü.

Rəhmətulla Müqəddəm
Rəhmətulla Müqəddəm Marağayi
Doğum tarixi
Doğum yeri Marağa, İran, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Fəaliyyəti yazıçı, siyasətçi
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəhmətulla Müqəddəm 1921-ci ildə Marağa şəhərində doğulumuşdur. O, orta məktəbi bitirdikdən sonra Paris şəhərində coğrafiya və jurnalistika fakültəsində ali təhsil almışdır. Müqəddəm Marağeyi mədəni şəxsiyyətdən daha çox, siyasi bir şəxsiyyət sayılır. O, birinci şəxsdir ki, böyük yazıçı Sadiq Hidayətin Parisdə cənazəsi başında hazır olmuşdur.[1] Yəni Parisdəki İran səfarətinin göstərişi ilə o, səhər tezdən 1951-ci aprel ayının 10-da O görkəmli yazıçının cənazəsi başında bir fotoapartla hazır olur və bu faciəli hadisədən şəkil götürür. Müqəddəm hələ Parisdə olarkən orada nəşr olunan jurnallarla əməkdaşlıq edirdi. Onun çəkdiyi şəkillər Sadiq Hidayətin cənazəsindən çəkilən yeganə şəkillərdir.[2] Ola bilsin ki, Fransa polisinin də əlində bu cənazədən fotolar olsun. Lakin indiyədək bu ölüm otağından çəkilən şəkillər yalnız Rəhmətulla Müqəddəmin çəkdiyi şəkillərdir. Müqəddəm İrana qayıtdıqdan sonra müxtəlif idarələrdə fəaliyyət göstərmişdir. O, 20-ci dövr məclis seçkilərində Miyandab şəhərindən nümayəndə seçilmişdir. O, məclisdə kəskin tənqidi çıxış və nitqləri ilə əhalinin marağına səbəb olmuşdur. Hətta Müsəddiq belə onun çıxışından öz razılığını bildirərək təşəkkür etmişdir. Nəhayətdə bu məclis şahın fərmanı ilə ləğv edilmişdir.[3]

Müqəddəm Marağeyi İran xalqlarının milli azadlıq hərəkatında ön sıralarda mübarizə edən “Nehzəte Radikale “(İran Radikal İran Hərəkati) təşkilatının katibi və “Kanune Nivisəndəqan İran” (İran Yazıçılar Cəmiyyətinin) müvəqqəti idarə heyətinin üzvü olmuşdur. Həmçinin “Cəımiyyəte Tərəfdar Azadi və Hüquq Bəşər”( Azadlıq və İnsan haqları müdafiə təşkilatının) İcraiyyə heyətinin üzvü idi. O, İran İslam İnqilabından sonra Şərqi Azərbaycanın valisi və həmin vilayətdən Konstitusiya layihəsinə baxış üçün Ekspertlər məclisinə nümayəndə seçilmişdir. Rəhmətulla Müqəddəm bir ordu zabiti kimi Marağa şəhərində hərbi komendant vəzifəsində də xidmət etmişdi. O, öz xatirə kitabında Marağa şəhərində həbsdə saxlanılar Azərbaycan Demokrat Firqəsinin üzvləri, xüsusi ilə Pişəvəri dövlətində rabitə naziri olmuş general Kəbiri haqqında öz mülahizələrini yazmışdır.[4]

1978-ci ildə İran Yazıçılar Cəmiyyətinin birinci iclası Mühəndis Rəhmətulla Müqəddəmin iş ofisində keçirilərək, müvəqqəti icraiyyə heyəti seçildi. Bu yığıncaqda 90 nəfər şair, yazıçı, tərcüməçi və tədqiqatçıların imzası ilə açıq məktub baş nazir Cəmşid Amuzqara yazılaraq mətbuatda nəşr edilmişdir. Bu məktubda İran konstitusiyasında təsdiq edilmiş qələm və bəyan azadlığı hökumət məmurları tərəfindən qarşısı alınmasına məsələsinə işarə edilmişdir. 1978-ci ilin dekabr ayında Rəhmətulla Müqəddəmin vasitəsi ilə Radikal adlı partiya öz mövcudiyyətini elan etdi. Müqəddəm Marağeyi Şah rejimi ilə mübarizədə demək olar ki, öndə gedən şəxsiyyətlərdən olmuşdur.[5] O, 1979-ci sentyabr ayında Jalə meydanında keçirilən mitinqə hökumət tərəfindən basqi olduqda Müqəddəm də bu mitinqdə iştirak etdiyi üçün tutuldu. Onun və iki nəfər başqa dostunun evlərinə polis tərəfindən bomba yerləşdirildi. Ayətullah Xomeyni Parisdə olarkən Rəhmətulla onunla görüşür. Bu görüşdən belə nəticə çıxarır ki, Xomeyni bu inqilabı rəhbərlik etməyə qadir olan bir şəxsiyyətdir.

Rəhmətulla Marağei 1980-ci ildə Şərqi Azərbaycanın valisi vəzifəsinə təyin olundu. O, Ayətulla Şəriətmədarinin rəhbərliyi ilə təşkil olan Xalq Müsəlman partiyasıda Müqəddəm Marağeyi də o təşkilatın təsisçilərindən biri oldu. Bu səbəbdən Azərbaycan valiliyindən istefa verir. O, sonralar konstitusiya layihəsinə baxış üçün Ekspertlər məclisinə seçilən nümayəndələrdən biri oldu. Bu məclisdə iki nəfər nümayəndələrdən biri olan Müqəddəm vilayəti fəqih maddəsi ilə müxalifət etdi. İnqilab məhkəməsinin hökmu ilə Müqəddəm Marağeyinin tutulmasına qərar verildi üçün O, ölkəni tərk etməyə məcbur oldu. İnqilab məhkəməsi onun Amerika amili olmaq ittihamı ilə günahkar tanıdı.[6] Nəhayət 5 il vətəndən uzaqda yaşadıqdan sonra ölkəyə qayıdır və yaşının çox olduğunu nəzərə alaraq siyasi fəaliyyətdən uzaqlaşır.

Rəhmətulla Müqəddəm 1979-ci il inqilabından öncə bir neçə kitab o cümlədən, Tokvilin əsəri olan “Demokrasi Dər Amerika”( Amerikada Demokratiya)- (1968), “Seyre Azadi Dər Urupa” ( Avropada Azadlıq Prosesi)- (1967), “Nosazi Camiə”9 İctimaiyyəti Yeniləşdirmək)-(1971)” Xətabehaye Sisron”( Sisron Xətabələri)-(1962) və “ Mokatibate Qobino”( Qobino Məktubları)-(1971)

2007-ci il 88 yaşında olarkən 950 səhifəlik xatirə kitabı Elm nəşriyyatı vasitəsi ilə çapdan çıxmışdır. Bu kitab sənədlər baxımından çox dəyərli kitab sayılır.İran və xüsusi ilə Azərbaycan tarixini öyrənmək üçün əhəmiyyətli kitab hesab olunur.

  1. Sreberny, Annabelle; Mohammadi, Ali. Small Media, Big Revolution: Communication, Culture, and the Iranian Revolution. University of Minnesota Press. 1994. səh. 99. ISBN 9780816622160.
  2. Yvette Hovsepian-Bearce, The Political Ideology of Ayatollah Khamenei, Routledge, 2016, səh. 23, ISBN 978-1-315-74835-1
  3. Stuart Auerbach, "Iran to Form Tribunal To Air 'US Crimes'", The Washington Post, 9 dekabr 1979, 2021-04-19 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 noyabr 2017
  4. Emery, Christian. US Foreign Policy and the Iranian Revolution: The Cold War Dynamics of Engagement and Strategic Alliance. Springer. 2013. səh. 75. ISBN 9781137329875.
  5. John Kifner, "Khomeini Rebuffed by the Rival Ayatollah", The New York Times, 11 dekabr 1979, 2019-07-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 noyabr 2017
  6. Eric Rouleau, "Khomeini's Iran", Foreign Affairs, Fall 1980, 2022-03-10 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 noyabr 2017
  • Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
  • Ənvər Çingizoğlu, Marağa xanlığı, Bakı, "Şuşa", 2011,-səh.218.