Rəhman Baba

Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba[2] (puşt. رحمان بابا; 1632, Pişəvər1706, Pişəvər[1]) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı.[3]

Əbdürrəhman Momənd
Doğum tarixi 1632
Doğum yeri
Vəfat tarixi 1706
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti şair, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var. Puştu poeziyasının atası adlandırılan Əbdürrəhman Moməndin yaradıcılığı əfqan poeziyasının inkişafına güclü təsir göstərmişdir. Pişəvər şəhərindəki məzarı sufilərin əsas ziyarət yerlərindəndir.[4]

Nəşrlər[redaktə | mənbəni redaktə et]

  • Диван // В кн.: Из афганских песен и стихов. М., 1955; Сказки и стихи Афганистана. М.: Художественная литература, 1958 г.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Абдуррахман Моманд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Әбд үр-Рәһман Момәнд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1982. С. 127.
  3. "Afghanan Dot Net". 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-15.
  4. ƏBDÜRRƏHMAN MOMƏND // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]