Rəhmi Koç (türk. Rahmi Mustafa Koç) — Türkiyənin ən böyük şirkətlər qruplarından biri olan Koç Holdinqin fəxri sədri və qurucusu Vehbi Koçun oğlu.[2] 2016-cı ildə Forbes jurnalı onu 2,6 milyard dollar sərvəti ilə dünyanın 906-cı ən varlı adamı kimi göstərib. 2013-cü ildə Koç ümumilikdə 37,5 milyon lirə ödəməklə Türkiyənin ən böyük vergi ödəyicisi olub.[3]
Rəhmi Koç | |
---|---|
türk. Mustafa Rahmi Koç | |
Doğum tarixi | 9 oktyabr 1930[1] (94 yaş) |
Doğum yeri | |
Uşaqları | |
Atası | Vəhbi Qoç |
Təhsili | |
Fəaliyyəti | iş adamı, sahibkar |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsilini ABŞ-ın Cons Hopkins Universitetində tamamlamışdır. 1958-ci ildə Koç ailə biznesinə qatılmış və müxtəlif vəzifələrdə çalışmışdır.[4] 1984-cü ildə Vehbi Koçun istefasından sonra Koç Holdinqin rəhbərliyini öz üzərinə götürmüşdür.[5] 2003-cü ildə rəhbərliyi oğlu Mustafa Koça ötürərək fəxri sədr olmuşdur.[6]
Rəhmi Koç həmçinin xeyriyyəçilik və mədəni fəaliyyətlərlə məşğuldur. Onun təşəbbüsü ilə bir çox muzeylər və mədəni layihələr həyata keçirilmişdir.[7] 1994-cü ildə İstanbulda açılan Rəhmi M. Koç Muzeyi, sənaye və nəqliyyat sahəsindəki kolleksiyalarına görə məşhurdur.