Rəna Əsədova

Rəna Şərif qızı Əsədova (25 yanvar 1962) — texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu-nun "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin müdiri, dosent.[1][2][3]

Rəna Əsədova
Rəna Şərif qızı Əsədova
Doğum tarixi (61 yaş)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi texnika üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri İdarəetmə Sistemləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
isi.az/az/content/104

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsədova Şərif qızı Rəna 25 yanvar 1962-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cü illərdə orta məktəbdə təhsil almış, 1979-1985-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 1980-2003-cü illərdə Sumqayıt Dövlət Universitetində (keçmiş Az NKİ-nun Sumqayıt filialı, sonradan Azərbaycan Sənaye İnstitutu) laborant, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır. 2001-ci ilin oktyabr ayında "Sənaye obyektlərinin idarə sistemləri üçün bütöv maqnit keçiricili ikiölçülü elektromaqnit böyük yerdəyişmələr çeviricisinin işlənilməsi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə dosentlik diplomu almışdır. 2003-cü ilin yanvar ayından AMEA-nın Kibernetika İnstititunda "Kommunikasiya şəbəkələrinin modelləşdirilməsi" laboratoriyasında elmi işçi vəzifəsində, 2004-cü ildən bu günə kimi "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin rəhbəri vəzifəsində çalışır. Hal-hazırda "Ştanqlı dərinlik nasosları ilə layın istismarı zamanı neft hasilatı prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda doktorluq dissertasiya işi üzərində çalışır. 34 elmi məqalənin, o cümlədən, 2 respublika və bir Avrasiya patentinin, bir metodik vəsaitin müəllifidir. Məqalələri Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Ailəlidir. 2 qızı, bir oğlu, 4 nəvəsi vardır.

Əmək və elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Xətti və bucaq yerdəyişmələrini ölçən bütöv maqnit keçiricili iki ölçülü elektromaqnit çevirici hazırlanmışdır. Xətti və bucaq yerdəyişmələrini ölçən bütöv maqnit keçiricili iki ölçülü elektromaqnit çeviricinin optimal parametrləri tapılmış, ölçü dolaqları arasında qarşılıqlı təsirdən əmələ gələn xətanın azaldılması, ölçü diapozonunun genişləndirilməsi və dəqiqliyinin artırılması məsələsi həll edilmişdir.

Əsas elmi əsərlərinin adları[redaktə | mənbəni redaktə et]

  1. Mammadov F.I., Asadova R.Sh. The parameters computer of the two-measuring electro magnetic sensor of transferences. The second international conference "Problems of cybernetics and informatics", Dedicated to the 50th Anniversary of the ICT in Azerbaijan, Volume II, Baku, Azerbaijan, September 10-12, 2008, page 147-150
  2. Məmmədov F.İ., Əsədova R.Ş., Əsədova K.F. Xətti və bucaq yerdəyişmələrini ölçən induktiv çevirici, İ 2008 0051 ixtirası üzrə Azərbaycan Respublikasının patenti, Bakı, 07.04.2008
  3. Мамедов Ф.И., Асадова Р.Ш., Асадова К.Ф. Расширение диапазона и повышение точности измерения двухмерного индуктивного преобразователя линейных и угловых перемещений Естественные и технические науки Москва, № 4, 2009г.
  4. Asadova R.Sh., Mammadov F.I, Asadzada S.G. Determination of magnetic field intensities of two-function electromagnetic converters. The Third Conference "Problems of cybernetics and informatics", September 6-8, 2010, Baku, Azerbaijan, p.336-339
  5. Ф.И.Мамедов, Р.Ш.Асадова, К.Ф.Асадова, С.Г.Асад-заде. Двухмерный индуктивный преобразователь для измерения линейных и угловых перемещений. «Мехатроника, автоматизация, управление», Изд.-во «Новые технологии», 2011, № 8(125), с.14-16
  6. Əsədova R.Ş., Məmmədov F.İ., Dadaşova R.B., Əliyeva N.O., Camalxanova İ.S. Elektrik dövrələrinin qraf metodu ilə analiz olunmasi məsələlərinə dair. AMEA-nın xəbərləri, Fizika-texnika və riyaziyyat elmləri seriyası, İnformatika və idarəetmə problemləri seriyası, Bakı, № 6 2012, s.112-116

Təltif və mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 12 iyul 2016-ci ildə Avropa Nəşr Evinin təsis etdiyi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim Qızıl medalı" ilə təltif olunmuşdur.
  • 2017-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq İLİN ALİMİ Ali Media mükafatına layiq görülüb.
  • 24 may 2018-ci il tarixindən İdarəetmə Sistemləri İnstitunun Qadınlar Şurasının sədridir.

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Sumqayıt Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universitetində, Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyət göstərmişdir.
  • Hal-hazırda Bakı Dövlət Universitetində "Tətbiqi riyaziyyat" fakultəsinin "İnformatika" kafedrasında 0,5 ştat üzrə dosent vəzifəsində çalışır.

Nəşrlər[redaktə | mənbəni redaktə et]

Məgаlələr[redaktə | mənbəni redaktə et]

  1. Саттаров В.К., Асадова Р.Ш., Мамедов Дж.Ф. Двухмерный электромагнитный датчик дифференциального типа, Журнал «Автоматизация и современные технологии», Москва, Машиностроение», №10, 1997, с.6-8.
  2. Асадова Р.Ш. Математическая модель двухфункциональных индуктивных преобразователей с аналоговым выходом Азербайджанский Инженерно-строительный университет, Сборник научных трудов по механике, №8, часть вторая, Баку, Элм, 1998 г., с.158-163.
  3. Мамедов Ф.И., Мамедов Д.Ф., Асадова Р.Ш. Аналитическое исследование оптимальных параметров двухфункциональных электромагнитных преобразователей со сплошным магнитопроводом, Труды II Междунар. Симп. "Проблемы математического моделирования, управления и информационных технологий в нефтегазовой промышленности", Изв. НАНА, Баку, 21-26 сентября 1998 года, с.101-103.
  4. Абдуллаев Г.С., Саттаров В.К., Асадова Р.Ш. Устройство для навертки калибра и контроля натяга на резьбовой части труб, «Автоматизация и современные технологии», Москва, «Машиностроение», 1998, №3, 10-12 с.
  5. Мамедов Ф.И., Саттаров В.К., Мамедов Д.Ф., Асадова Р.Ш. "Двухфункциональный индуктивный преобразователь линейных и угловых перемещений". Патент по заявке № 1331- II , Азерб. Республики, Р 990049, 1999 г.
  6. Mamedov F.I., Dadashova R.B., Asadova R.Sh., Mamedov Dz.F. The parameters computer of the two- measuring electro-magnetic sensor of transferences, Second international symposium on mathematical & computational applications, Baku, September Б,1-3, 1999, page 77, Qafqaz University
  7. İsmayılıov B.İ., Əsədova R.Ş., Kiçibəyova X.Q. "İnformatika" fənnindən məşğələ dərslərinin aparılmasına dair metodik göstərişlər, Respublika elmi-metodik şurası, 05.05.1999, protokol N 5.
  8. Мамедов Дж.Ф., Асадова Р.Ш. Двухмерный электромагнитный преобразователь перемещений, «Электротехника», Москва, №6, 2002, 55-57 с.
  9. Məmmədov F.İ., Əsədova R.Ş., Əsədova K.F. Xətti və bucaq yerdəyişmələrini ölçən induktiv çevirici, İ 2008 0051 ixtirası üzrə Azərbaycan Respublikasının patenti, Bakı, 07.04.2008
  10. Mammadov F.I., Asadova R.Sh., Asadzada S.G. Determination of magnetic field intensities of two-function electromagnetic converters, The Third Conference “Problems of cybernetics and informatics”, September 6-8, 2010, Baku, Azerbaijan, p.336-339
  11. Ф.И. Мамедов, Р.Ш. Асадова, К.Ф. Асадова, С.Г. Асад-заде. Двухмерный индуктивный преобразователь для измерения линейных и угловых перемещений, «Мехатроника, автоматизация, управление», Изд-во «Новые технологии», 2011, № 8(125), с.14-16
  12. Мамедов Ф.И., Асадова Р.Ш., Дадашева Р.Б., Гусейнов Р.А., Мамедова Ш.Т., Гидаятзаде С.Г. Датчик линейных перемещений, Евразийский патент № 030136 от 29 июня 2018г.
  13. Рзаев Аб.Г., Асадова Р.Ш., Гидаятзаде С.Г. Cмачивание пород нефтяного коллектора пласт­о­вы­ми флюидами и его определяющая роль в процессах до­бычи нефти. "İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, 5-6 iyul 2018-ci il, Bakı şəhəri, səh.232-234
  14. A.H. Rzayev, R.Sh. Asadova Some features of the rheology of oils "Modern problems of innovative technologies in oil and gas production and applied mathematics" proceedings of the international conferense dedicated to the 90th anniversary of Academician A.Kh.Mirzajanzade, Baku, December 13-14, 2018, pp.520-523
  15. Аб.Г. Рзаев, С.Р. Расулов, Р.Ш. Асадова, М.М. Исаев. Измерительная система определения фильтрационных характеристик нефтяного пласта, Измерительная техника, 2019, № 1, с.34-39
  16. Ab.H. Rzayev, S.R. Rasulov, M.M. Isayev, R.Sh. Asadova. Measuring system for determining the filtration characteristics of an oil reservoir. Measurement Techniques, Springer, Volume 62, Number 1, april 2019, pp.40-46.

Və s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/Əsədova Rəna Şərif qızı". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-16.
  2. "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Əsədova Rəna Şərif qızı". 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-16.
  3. "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu Struktur bölmələri/Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]