Rəna Məmmədova

Rəna Azər qızı Məmmədova (27 fevral 1950, Bakı) — Sənətşünaslıq üzrə elmlər doktoru (1991-ci il),[1] professor,[2] 2001-ci ildən AMEA-nın müxbir üzvü[3]

Rəna Məmmədova
Məmmədova Rəna Azər qızı
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı şəhəri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Musiqişünas
Elmi dərəcəsi sənətşünaslıq üzrə elmlər doktoru
Elmi adları professor, AMEA-nın müxbir üzvü
İş yerləri AMEA Memarlıq və İncəsənət İnstitutu
Alma-mater Azərbaycan Dövlət Konservatoriyası, musiqişünaslıq fakültəsi
Təhsili
Üzvlüyü Rusiya Pedaqoji və İctimai Elmlər Akademiyasının akademiki
"Rusya kulturologiyası" cəmiyyəti
Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyəti
Azərbaycan Mədəniyyət Assosiasiyası Rəyasət heyəti
Azərbaycan Rəssamlar İttifaqı
Ali Attestasiya komissiyasında Ekspert komissiyası[1]

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəna Məmmədova 27 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

1978-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi işə başlayır. 1990-cu ildə "İncəsənətin qarşılıqlı əlaqələri" şöbəsini təşkil edib və 25 il ərzində rəhbərlik edir. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Alimin tədqiqatlarının dairəsi əsasən türk dünyasının mədəniyyəti ilə bağlı olmuşdur. Rəna Məmmədovanın elmi yaradıcılığının ən vacib və mühüm mərhələsini musiqi türkoloqiyasının elmi əsaslarının yaradılması təşkil edir. Bu ad altında 2003-cü ildə Rəna Məmmədovanın monoqrafiyası işıq üzü görmüşdür ki, bu da sənətşünaslıq elminin yeni sahəsinin nəzəri-metodoloji müddəalarının əsasını qoymuşdur.

Rəna Məmmədova musiqişünaslıqda yeni istiqamət olan musiqi türkologiyasının əsasını qoymuşdur. 100-dən artıq elmi əsərləri - monoqrafiya, kitab və məqalələri çap olunmuşdur; o cümlədən, “Muğam-sonata qovşağı”(1989), “Azərbaycan muğamlarının estetik xüsusiyyətləri” (.1987), “Azərbaycan muğamlarının funksional problemləri” (1989), “Azərbaycan muğamı” (2002) əsərlərində muğam sənətinin estetik və nəzəri məsələləri öyrənilmişdir.[4]

Rəna Məmmədova Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, "Simurq" mədəniyyət cəmiyyətinin Rəyasət heyətinin üzvü və Azərbaycan Zadəganlar məclisinin üzvüdür.

O, 230-dan artıq elmi məqalənin müəllifidir.

Rəna Məmmədova 23 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlamışdır.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan muğamında funksionallıq problemi. Elm, 1989.
  2. Bakının teatr həyatından. Elm, 2006.
  3. Из истории азербайджанского музыкального театра. Элм, 2006.
  4. Azərbaycan muğamı. Elm, 2002.[5]
  5. Musiqili türkologiyası. Elm, 2002.
  6. Azərbaycan musiqili teatrı tarixindən səhifələr. Elm, 2006.
  7. Rusiya və Qafqaz. 2010.
  1. 1 2 3 4 5 6 "Məmmədova Rəna Azər qızı". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-06.
  2. "elmlər doktoru - Məmmədova Rəna Azər qızı". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-06.
  3. "Məmmədova Rəna Azər qızı" (az.). science.gov.az. 2017. 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  4. "Musiqişünaslar" (az.). https://www.azerbaijans.com. Archived from the original on 2024-02-19. İstifadə tarixi: 19 fev 2024.
  5. Rəna Məmmədova. "Azərbaycan Muğamı" (az.). http://web2.anl.az/. Archived from the original on 2024-02-19. İstifadə tarixi: 19 fev 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]