Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.(sentyabr 2024)
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.(sentyabr 2024)
1990-cı ilin aprelində respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü ilə yaranan Assosiasiya Azərbaycanda sosial-mədəni inkişafa, demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşması, respublikanın sivil beynəlxalq birliyə inteqrasiyasına öz töhfəsini vermək kimi nəcib bir məqsədə xidmət edir. Assosiasiyanın nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 1990-cı il tarixli 374 N-li qərarı ilə qeydiyyatdan keçmişdir.[1]
"Simurq" – Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. Simurq rəmzi qartalabənzər quş haqqında qədim avraasiya əfsanəsi ilə sıx bağlıdır. Bu əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirmişdir. Simurq öz mə’nasına görə Allahın xeyipxahlıq və ölkənin çiçəklənməsinin qədim rəmzi olan, həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın kainat simvolu kimi qəbul edilən səkkizgüşəli ulduza çox yaxındır.[2]
"Simurq" Mədəniyyət Assosiasiyası öz sıralarında könüllü əsaslarla 40-a yaxın kollektiv və yüzlərlə fərdi üzvləri birləşdirir. Assosiasiyanın üzvləri Azərbaycanda hərtərəfli dünyagörüşünə malik olan insan və ictimai inkişafı təmin edən maarif və təhsil, elm, təbabət, ekologiya, incəsənət, iqtisadiyyat, sosial idarəetmə, informasiya, hüquq, beynəlxalq münasibətlər və digər mədəniyyət sahələrinin tərəqqisinə nail olmaq məqsədilə birgə fəaliyyət göstərirlər.
Assosiasiyanın rəyasət heyətinə istedadlı alim və mütəxəssislər, o cümlədən Azərbaycan EA-nın 5 akademiki və müxbir üzvü, onlarla professor, elmlər doktoru və namizədi, tanınmış müəllimlər, mədəniyyət və incəsənət xadimləri, həkimlər, diplomatlar, din xadimləri daxildir. İdarə heyətində həmçinin könüllü əsaslarla respublikanın qeyri-hökumət təşkilatlarının, elmi idarələrinin, ali təhsil müəssisələrinin, məktəb və nazirliklərin, yaradıcı ittifaq və fondların, mərkəz və istehsal müəssələrinin rəhbərləri də təmsil olunub.
Azərbaycanda sosial-mədəni tərəqqiyə, elmin, təhsilin və maarifin, ilk növbədə, kulturologiyanın inkişafına elmi yardım göstərmək;
insanların yaradıcı həyat və fəaliyyətlərinin inkişafına kömək etmək məqsədilə, demokratik dövlətçilik mədəniyyətinin, şəxsiyyyət və liderlərin formalaşmasında kömək etmək;
mədəni islahatlar vasitəsilə, milli mədəniyyət siyasətində İntellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin prioritet inkişafına nail olmaq;
Azərbaycan elmi və mədəniyyətinin beynəxalq miqyasda təbliğ etmək.
dünya mədəniyyəti və sivilizasiyasının tarixi inkişaf təcrübəsini sistemli kulturoloji metodla tədqiq edib, onun Azərbaycanın mütərəqqi, rəqabətədözümlü, sabit və təhlükəsis inkişafı üçün yaradıcı şəkildə istifadə etmək;
ölkənin mədəni irsinin qorunması ilə yanaşı, cəmiyyətin modernləşdirilməsində dövlətə elmi yardım göstərmək.[4]
Çoxsahəli müstəqil dinamik qeyri-hökumət bir qurum kimi Assosiasiya Azərbaycanın demokratik inkişafında maraqlı olan milli və beynəlxalq təşkilatlarla partnyor münasibətlərin yaranmasına, habelə aktual beynəlxalq problemlərin həll olunmasında hökumətə yardımçı olmağa çalışır.
Assosiasiya sabit insan inkişafına yönəlmiş proqramlar və layihələrin hazırlanıb həyata keçirilməsi üçün dövlət qurumlarına və beynəlxalq təşkilatlara peşəkar yardım göstərə bilən alim və mütəxəssislərdən ibarət olan güclü mobil şəbəkəyə malikdir.
Assosiasiyanın "Beyin mərkəzi", müasir sistemli texnologiyalara əsaslanaraq, dövlət quruculuğu və beynəlxalq münasibətlər səhəsində optimal siyasi qərarların qəbul olunması üçün elmi əsaslanmış ekspert-analitik materiallar, ictimai inkişaf modelləri və texnologiyaları, proqnozlar və təkliflərin işlənib hazırlanmasında dövlət sifarişlərini yerinə yetirməyə qadirdir.
Assosiasiyanın praktiki fəaliyyəti 12 departament tərəfindən həyata keçirilir. Departamentlər, arasında bir sıra tanınmış qeyri-hökumət təşkilatların liderləri olan, təcrübəli mütəxəssislər tərəfindən əlaqələndirilir. Departamentlərin əsas iş sahələri:
Assosiasiyanın fəaliyyətinin strateji planlaşdırılması, tanınmış alim, ruhi və maddi mədəniyyətin müxtəlif sahələrinin ekspertlərindən ibarət olan rəyasət heyəti tərəfindən həyata keçirilir.
Assosiasiyanın fəaliyyəti ruhi (əqli və mənəvi) mədəniyyəti insanın yaradıcı həyatı və fəaliyyəti kimi dərk edən müasir kulturoloji müddəa və metodologiyası üzərində qurulmuşdur.
Əvvəllər Azərbaycanın ictimai inkişaf yollarını müəyyənləşdirən marksizm-leninizmdən imtina edilməsi ilə əlaqədar Assosiasiya dünya mədəniyyət tarixinin, nəzəriyyəsinin və praktikasının nailiyyətlərinə əsaslanaraq mədəniyyət anlayışına yeni elmi münasibət formalaşdıran kulturoloji konsepsiya işləyib hazırlamışdır. Bu konsepsiyada mədəniyyətə insanın və cəmiyyətin mənəvi və sosial-iqtisadi inkişafının, dövlət quruculuğu və idarəetmənin əsasını və mahiyyətini təşkil edən bir fenomen kimi yanaşılır. "Simurq" öz fəaliyyətini, mədəniyyəti insanın intellekti, hissləri və fiziki əməyinin nəticəsində əldə olunan "ikinci, süni təbiət", insanın həyat və yaradıcılığının göstəricisi, nailiyyətləri və texnologiyaları kimi təsvir edən elmi baxış əsasında qurur.
Demokratik ölkələrdə qəbul olunmuş, "Simurq"un mədəniyyət müddəası Azərbaycan cəmiyyətinin inkişafında prinsipial mütərəqqi dönüşə nail olmasına və onun demokratikləşməsinə yönəlmişdir.[5]
Assosiasiya 90-cı illərin əvvəllərindən etibarən daim fəaliyyətdə olan "Mədəniyyət və cəmiyyət" kulturoloji seminarın elmi rəhbəridir. 1990–2005-ci illərdə müxtəlif məqsədli fokus-qruplarla kulturologiya, təşkil və idarəetmə mədəniyyəti, vətəndaş cəmiyyəti mədəniyyəti və məsuliyyət mədəniyyəti, davamlı insan və sosial inkişaf , QHT üçün III sektor və fandreyzinq problemləri üzrə keçirilən 200-dən artıq respublika və beynəlxalq konfrans, interaktiv seminar və treninqlərin təşkilinə rəhbərlik etmişdir.[6][7]
Öz missiyasına uyğun olaraq, Assosiasiya müəyyən ictimai-faydalı fəaliyyəti həyata keçirir:
Dünya mədəniyyətinin tarixi və qanunauyğunluqlarının elmi təhlili, habelə təbabət, ekologiya və başqa sahələrdə tətbiqi tədqiqatlar əsasında, Assosiasiya prinsipcə yeni kulturoloji biliklər əldə edib, onları Azərbaycan cəmiyyətində yayıb, elmi-maarifləndirici fəaliyyət aparır, yeni təhsil müəssisələri yaradır. Kulturologiya problemlərinə, mədəniyyətin insan və cəmiyyət inkişafında, dövlət quruculuğu və idarəetmədə olan roluna, Azərbaycan mədəniyyəti tarixinə, əhaliyə həkiməqədər tibb yardımı göstərməyə həsr olunmuş beynəlxalq və respublika simpozium və konfransların materiallarında, jurnal və qəzetlərdə onlarla məruzə və məqələlər dərc edilib, televiziya və radio ilə onlarla çıxışlar olunub, "Mədəniyyət və cəmiyyət" məcmuaları, kitablar nəşr edilib.
Ruhi mədəniyyətin yüksək missiyasının yeni dərkinə Azərbaycanda nail olmaq üçün, Assosiasiya "Mədəniyyət və cəmiyyət" prolemi üzrə respublika və beynəlxalq miqyaslı daimi elmi-praktiki seminar keçirir. Seminarın işində görkəmli Azərbaycan və xarici alimlər və mütəxəssislər, diplomatlar, tələbələr, ictimai xadimlər iştirak idir. 90-cı illərin əvvəllərindən dünya və Azərbaycan mədəniyyətinin tarixi, nailiyyətləri və qanunauyğunluqlarının, mədəniyyətin ictimai inkişafın əsası kimi mahiyyətinin öyrənilməsinə, respublikada demokratik təfəkkürün və demokratik mədəniyyətin formalaşmasına yönəlmiş 24 belə seminar keçirilib. Seminarlar kulturoloji tədqiqatların, elmi maarifin inkişafına, dövlət institutları, qeyri-dövlət təşkilatları və siyasi partiyalarda təmsil olunmuş ziyalıların arasında açıq mədəni dialoq və bilik mübadiləsinə, xarici mütəxəssislər və diplomatlarla mədəni əməkdaşlığın inkişafına, mədəniyyətin sosial kapital kimi yeni imkanlarının dərk idəlməsinə kömək göstərir.
Azərbaycan cəmiyyətinin maraq və tələbatları mövqeyindən çıxış edərək, Assosiasiya dövlət idarəetmə orqanlarına ruhi mədəniyyət və ruhi istehsalat sahəsində mütərəqqi islahatlara yönəlmiş bir sıra kulturoloji elmi konsepsiya və layihələr hazırlayıb təqdim etmişdir. Həmin layihələr Azərbaycanda təhsil və tərbiyə, elm və elmi maarifin qabağlayıcı inkişafını, insan inkişafı üstünlüyünü təmin edən mədəniyyət sahəsində yeni dövlət siyasətinin formalaşdırılmasına yönəlmişdir.
BMT-nin Azərbaycandakı Təmsilçiliyinin Himayəsi ilə 1995-ci ildə Bakıda ilk Beynəlxalq Dünya mədəniyyəti Universiteti təsis edilmişdir. Mütəxəssislərin hazırlığı və yenidən hazırlığı üzrə Assosiasiyanın Akademik Kursları çərçivəsində yaradılmış "Şəfqət bacıları" və "Biznes" məktəbləri ev tibb bacısı-ekoloq və paramedik, biznesmen və menecerlərin bir neçə müvəffəqiyyətli buraxılışa nail olmuşlar.
Azərbaycanda Üçüncü Sektorun formalaşmasına kömək məqsədilə də müəyyən iş aparılmışdır. "Aysar" Beynəlxəlq fondunun və "Çariti Nou Hau" Xeyriyyə fondunun jardımı ilə respublikanın bir neçə qeyri-hökumət təşkilatları üçün, onların işinin effektivliyinin və fəaliyyətinin əlaqələndirilməsinin artırılması məqsədilə 1996-cı ildə Bakıda xüsusi Məşvərət prosesi və seminar keçirilmişdir. Seminarın nəticəsində "Azərbaycan Respublikasında Üçüncü Sektor" mövzusunda hazırlanmış məruzə həmin ilin oktyabr ayında BolqarıstanınPlovdiv şəhərində keçirilmiş Beynəlxalq göruşdə muvəfəqiyyətlə təqdim edilmişdir. Eyni zamanda Assosiasiya Azərbaycanda Üçüncü Sektorun inkişafına dair öz təkliflərini hazırlayıb Respublikanın Prezidenti İcra Apparatına təqdim etmişdir. Bu təkliflərin 1997-ci ildə Bakıda BMT ilə birlikdə QHT Resurs və Təlim mərkəzinin yaradılmasında müəyyən rolu olmuşdur. 1999-cu ildə "Simurq" AMA, bir sıra başqa QHT-lərlə birlikdə QHT Forumunu təsis etmişdir.
Assosiasiya Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əməkdaşlıqın möhkəmlənməsinə də kömək etməyə çalışır. Assosiasiyanın tərkibində 16 xarici fəxri üzvü var. Bunların arasında – Norveç, ABŞ, Rusiya, Almaniya, İraq, Böyük Britaniya, İsrail və başqa ölkələrdən görkəmli alimləri, publisistləri, diplomatları, ictimai xadimləri göstərmək olar. 1991-ci ildə Assosiasiya rəhbərliyinin Kosta Rikaya rəsmi səfəri, bu uzaq ölkə tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınmasına bir töhfə olmuşur. 1999-cu ilin noyabrında "Simurq" Bergendə keçirilən mədəniyyət siyasəti üzrə Beynəlxalq konfransda iştirak etmişdir. Konfransda edilmiş məruzə əsasında Assosiasiya Avropa Şurasının mədəniyyət siyasəti yzrə ekspertləri sırasına daxil edilmişdir. 2000-ci ilin oktyabrında Assosiasiya BMT-də keçirilmiş "Millennium" üzrə Beynəlxalq konfrasda uğurla çıxış etmiş, Ümumdüna Qeyri-hökumət Təşklatları Assosiasiyasına üzv qəbul edilmişdir.
Assosiasiya 2000–2002-ci illərdə:
BMT nəznəndə Ymumdynya qeyrihökumət təşkilatları Assosiasiyasna üzv qəbul edilmişdir;
Avropa Şurasının mədəniyyət siyasəti üzrə ekspertlər siyahısına daxil edilmişdir;
"Ambassador fo Peace" beynəlxalq diplomu ilə təltif edilmişdir;
Assosiasiyanın prezidenti "İntellektual inkişaf problemləri" Beynəlxalq Elmlər Akademiyaının akademiki seçilmişdir.[8]
Assosiasiya tərəfindən həyata keçirilmiş layihələr
Assosiasiya tərəfindən "Azərbaycanda yeni mədəniyyət siyasətinin formalaşdırılmasına yardım" layihəsi 2001-ci ildə həyata keçirilmişdir. Soros fondunun dəstəyilə keçirilmiş bu layihə çərçivəsində 3 günlük beynəlxalq kulturoloji konfrans keçirilmişdir. Azərbaycan alimləri ilə yanaşı bu konfransda Norveç, Yaponiya, ABŞ, Fransa, Rusiya və digər ölkələrin alimləri və diplomatları iştirak etmişlər. Layihə çərçivəsində 25-ə qədər xüsusi kulturoloji seminarlar keçirilmişdir (həkimlərlə, qadıınlarla, gənclərlə, jurnalistlərlə, müəllimlərlə, QHT liderləri ilə və.s). Layihənin nəticəsi kimi çap olunmuş eyniadlı kitabda layihənin tərkib hissəsidir.
2007-ci ildə Avrasiya Fondunun Qafqaz Tədqiqatları Mərkəzinin maliyyə dəstəyi ilə "Məhkum qadınlara qarşı münasibətdə etikanın rolu və müasir vəziyyəti: cəmiyyət və ailə kontekstində" adlı kulturoloji-analitik layihə həyata keçirilmişdir.
2008-ci ildə Azərbaycan gəncləri üçün şəxsiyyət və liderlərin hazırlanmasına yönəlmiş interaktiv seminarlar silsiləsi keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi əsasında həyata keçirilmişdir. Ümumi adı "İnteraktiv mədəniyyət məktəbi" olan bu layihənin yekununda 40-a qədər gəncə müvafiq sertifikatlar verilmişdir.
2009-cu ildə Dünya Bankının dəstəyi ilə "Mənim rəngli dünyam" adında əlil uşaqların arasında rəsm və foto sənətinin yayılmasını yardım göstərən layihə keçirilmişdir.
Assosiasiya tərəfindən bir neçə kitab, broşür və jurnal nəşr olunmuşdur. Bunlardan xüsusilə "Kulturologiya" (2002), "Kulturologiya-effektiv həyat fəaliyyətinə aparan yol kimi" (2006), "Sülh mədəniyyəti nədir?" (2002), "Norveç mədəniyyəti dünya sivilizasiyası kontekstində", habelə, "Dünya mədəniyyəti və sivilizasiyası məsələləri" jurnalını göstərmək olar.
Assosiasiya, həmçinin, 1990-cı ildən etibarən 2010-cu ilədək 300-ə yaxın "Mədəniyyət və cəmiyyət" adlı respublika kulturoloji seminarını keçirmiş və bu seminarlar vasitəsilə mədəniyyət sahəsində əhalinin maarifləndirilməsində xüsusi xidmət göstərmişdir.
Azərbaycan Kulturoloqlar Cəmiyyəti "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin qərarı ilə 2001-ci ildə təsis olunmuşdur. Azərbaycan Kulturoloqlar Cəmiyyətinin əsas məqsədi Azərbaycanda kulturologiya elmi ilə məşğul olan mütəxəssisləri birləşdirmək, onların elmi-pedaqoji və maarifçilik fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, gənclər arasında kulturologiya elminə meyli olan istedadlı tələbələri elmi-kulturoloji tədqiqatlara cəlb etməkdir.[11]
Vətəndaş Cəmiyyəti Mədəniyyətinin Beynəlxalq Forumu
Vətəndaş Cəmiyyəti Mədəniyyətinin Beynəlxalq Forumu "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin qərarı ilə 2001-ci ildə təsis olunmuşdur. Vətəndaş Cəmiyyəti Mədəniyyətinin Beynəlxalq Forumunun təsis konfransında 40-a yaxın dövlət və qeyri-dövlət təşkilatlarırının nümayəndələri iştirak etmişdir. Vətəndaş Cəmiyyəti Mədəniyyətinin Beynəlxalq Forumunun əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafına kulturoloji yardım etmək, demokratik ölkələrin vətəndaş cəmiyyətləri ilə əlaqələr və əməkdaşlıq yaratmaq və bu əlaqələrin inkişaf etdirilməsidir.[12]
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının təsis etdiyi "Simurq" Beynəlxalq medalı Azərbaycan vətəndaşları və xarici ölkələrin vətəndaşlarına Azərbaycan, eləcə də dünya mədəniyyəti və sivilizasiyasının inkişafında olan töhfəsinə görə verilir. "Simurq" Beynəlxalq medalı ilə təltif olunmaq üçün əsas xidmətlər aşağıdakılardır:
Kulturologiya elminin və maarifinin inkişafına görə;
İntellektual, etik və hüquqi mədəniyyətin inkişafına görə;
İdarəetmə mədəniyyətinin inkişafına görə;
Beynəlxalq münasibətlər mədəniyyətinin inkişafına görə;
Milli mədəni irsin qorunub saxlanmasına görə.
"Simurq" Beynəlxalq medalının təsis olunmasında əsas məqsəd həm, Azərbaycanda və həm də, dünya miqyasında yüksək bilik, bacarıq, mütəşəkkillik, mənəviyyat və yaradıcı fəaliyyətə malik olan "Homo Cultural" yeni tipli insanın formalaşmasına kömək etməkdir.[13]
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının IV qurultayının qərarı ilə təsis olunub və Azərbaycanın ruhi və maddi mədəniyyətinin inkişafına edilmiş töhfəyə görə verilir.[14]
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasına üzvlük Assosiasiyanın üzvlərlə iş üzrə koordinatoru tərəfindən həyata keçirilir. Assosiasiyaya üzv olmaq üçün elektron ərizə formasını doldurub göndərmək lazımdır. Üzvlər Assosiasiyanın təşkilati işlərində fəal iştirak edə bilər və Assosiasiyada öz istək və təkliflərini həyata keçirə bilərlər. Üzvlər Assosiasiyaya hər ilin yanvar ayında 12 AZN miqdarında üzvlük haqqı ödəməlidirlər.[15]