Rəqəmsal Aktivlərin İdarə Edilməsi

Rəqəmsal Aktivlərin İdarə Edilməsi (ing. Digital Asset Management, qısaca: DAM) — rəqəmsal aktivlərin saxlanması, axtarılıb tapılması, paylanması, qruplaşdırılması və ötürülməsi ətrafında baş verən idarəetmə tapşırıqlarından və qərarlarından ibarətdir. Rəqəmsal fotoşəkillər, animasiyalar, videolar və musiqi faylları "rəqəmsal aktivlər" adlanan aktivlərə misaldırlar. Rəqəmsal Aktivlərin İdarə Edilməsi Sistemi rəqəmsal aktivlərin idarə edilməsi prosesinə kömək edən kompüter proqram təminatı və/yaxud da aparat təminatı vasitəsilə fəaliyyət göstərir.

Rəqəmsal aktivlərin idarə edilməsi (DAM) termini həmçinin İnternetdən yükləmə, adın dəyişdirilməsi, ehtiyat nüsxəsinin çıxarılması, dərəcələndirmə/qiymətləndirmə, qruplaşdırma, arxivləşdirmə, optimallaşdırma, mühafizə, kiçiltmə və faylların ixracı protokolları üçün də istifadə olunur.

Əsasən audio faylları, videoları və digər media məzmunları ilə işləyən Media Aktivlərinin İdarə Edilməsi (ing. Media Asset Management, qısaca: MAM) "Rəqəmsal Aktivlərin İdarə Edilməsi"nin alt kateqoriyalarından biridir. Məzmunun idarə edilməsi sistemi (CMS) də sektorun və tətbiqinin əhatə dairəsinin daha geniş olması ilə bərabər, ümumilikdə oxşar xüsusiyyətlərə malikdir.

Adətən idarə olunan "aktiv" rəqəmsal formatda birləşdirilir və saxlanılır. Bu aktivlərin adətən sistemdə "əsas" olaraq adlandırılan ən yüksək ayırdetmə dəyərlərinə malik olan təsvir mövcuddur. Bu aktivlər metadata ilə təsvir edilmişdirlər. Metadata rəqəmsal aktivləri müəyyən edir; bu müəyyənləşdirmələr sistem, proses (zaman) və ya istifadəçi ehtiyaclarından asılı olaraq təfərrüatlanır, yəni ki, müəyyənləşdirilir. Metadata – eyni zamanda da bununla məhdudlaşmamaqla bərabər –; aktivin məzmununu müəyyən edə bilər (içində nə var?); məzmunun formatı haqqında məlumat verə bilər (məsələn: JPEG, tar, MPEG 2); həmçinin də məzmunun tarixi, sahibi, giriş hüquqları və daha bir çox şey haqqında məlumat verə bilər.

Bəzi hallarda sistemdəki rəqəmsal dəyərlərin ölçüsü çox böyük ola bilər, məsələn, MPEG 2 və JPEG2000 faylları kimi, bu cür görüntü və video fayllarının orijinallarının "proksi" adlandırılan təsvirləri yaradılır. Proksi nüsxə DAM sistemi infrastrukturu üçün istifadə edilən ümumi ötürmə qabiliyyətini azaltmaq üçün istifadə edilən faktiki aktivin daha aşağı ayırdetmə təsviridir. Bu proksi nüsxələr aktivlərin sistemə idxal edildiyi andan etibarən və yaxud da daha sonralar yaradıla bilərlər.