Rəqəmsal ekosistem

Rəqəmsal ekosistem — təbii ekosistemlərdən ilhamlanan öz-özünə təşkilatlanma, miqyaslanabilmədavamlılıq xüsusiyyətlərinə malik paylanmış, adaptiv, açıq sosial-texniki sistem. Rəqəmsal ekosistem modelləri təbii ekosistemlər haqqında biliklərlə, xüsusən də müxtəlif qurumlar arasında rəqabət və əməkdaşlıqla bağlı aspektlər üçün məlumatlandırılır.[1][2][3][4] Termin kompüter sənayesində,[5] əyləncə sənayesində,[6]Dünya İqtisadi Forumunda[7] istifadə olunur.

Rəqəmsal Biznes Ekosistemi konsepsiyası 2002-ci ildə aralarında Françesko Nakira, Paolo Dini və Andrea Nikolayın da olduğu bir qrup avropalı tədqiqatçı və praktikant tərəfindən irəli sürülmüşdür. Onlar Avropa bazarı kimi rəqabətli, yüksək dərəcədə parçalanmış bazarlarda məhsul və xidmətlərdə İKT əsaslı texnologiyanın qəbulu və inkişafı prosesini modelləşdirmək üçün rəqəmsal ekosistemlərin ümumi anlayışını tətbiq etmişdilər.[8][9]

Rəqəmsal ekosistem metaforası və modelləri ali təhsil də daxil olmaqla, bilik tutumlu məhsul və xidmətlərin istehsalı, onların paylanması ilə bağlı bir sıra biznes sahələrinə tətbiq edilmişdir. Bu tədqiqatın perspektivi ekosistemin bir sıra məqsədlərinə nail olmaq üçün metod və vasitələri təmin etməkdir.[10]

  1. G. Briscoe and P. De Wilde. Digital Ecosystems: Evolving service-oriented architectures. In Conference on Bio Inspired Models of Network, Information and Computing Systems. IEEE Press, 2006.
  2. Zhu, Pearl. Digital Master: Debunk the Myths of Enterprise Digital Maturity (ingilis). Lulu Press, Inc. 2015-01-21. ISBN 9781483421544.[ölü keçid]
  3. P Dini, N Rathbone, M Vidal, P Hernandez, P Ferronato, G Briscoe and S Hendryx. The digital ecosystems research vision: 2010 and beyond Arxivləşdirilib 2021-03-06 at the Wayback Machine. 2005, European Commission
  4. E Chang, M Quaddus and R Ramaseshan. The Vision of DEBI Institute: Digital Ecosystems and Business Intelligence. 2006, DEBII.
  5. C. Fiorina. The digital ecosystem Arxivləşdirilib 2023-11-14 at the Wayback Machine. 2000.
  6. D. Bennett. Digital transformation in the entertainment industry - embracing the fully digital ecosystem Arxivləşdirilib 2009-06-11 at the Wayback Machine. Technical report, Accenture, 2006.
  7. World Economic Forum. Digital Ecosystem Community: Envisioning the future of the Digital Ecosystem Arxivləşdirilib 2008-12-27 at the Wayback Machine.
  8. F Nachira, P Dini, A Nicolai. A Network of Digital Business Ecosystems for Europe: Roots, Processes and Perspectives in Digital Business Arxivləşdirilib 2021-12-02 at the Wayback Machine. 2007, European Commission
  9. F Nachira, A Nicolai, P Dini, M Le Louarn, L R Leon. Digital Business Ecosystems Arxivləşdirilib 2018-01-26 at the Wayback Machine, 2007 European Commission, Publication Office.
  10. Damiani E., Uden, L, & Trisnawaty W. The future of E-learning: E-learning ecosystem. Arxivləşdirilib 2023-11-17 at the Wayback Machine Inaugural IEEE Digital Ecosystems and Technologies Conference (IEEE DEST), 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]