Rəsul Rzanın ev-muzeyi

Rəsul Rzanın Ev Muzeyi — Dahi Azərbaycan şairi, görkəmli dramaturq, tərcüməçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Rəsul Rzanın (1910-1981) ev-muzeyi ədəbin xatirəsini əbədiləşdirmək üçün doğulduğu Göyçay şəhərində yaradılmış muzeydir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliçiliyindədir.[1]

Rəsul Rzanın Ev Muzeyi
Əsası qoyulub 2004
Mövzu Azərbaycan ədəbiyyatı
Yerləşir Azərbaycan, Göyçay şəhəri, Füzuli küç, 114
Kolleksiyası 449 eksponat
Direktor Solmaz Həsənova
Telefon (02027) 4 23 74
Bilet Giriş pulsuzdur

Məzmun[redaktə | mənbəni redaktə et]

Digər muzeylər kimi xalq şairi R.Rzanın da ev muzeyi əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir.2017-ci ildə R.Rzanın ev muzeyində Azərbaycançılıq məfkurəsinə uyğun yenilənmiş mövzu ekspozisiya planına əsasən muzey 4 zaldan ibarət olub, şairin yaradıcılığının müəyyən dövrünə görə ekspozisiya zalları üzrə bölünmüşdür.Eksponatların çox hissəsi Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanılıb.Muzeydə 449 eksponat nümayiş olunur.

1-ci zalda Muzeyin yaranma tarixi haqqında əmr və sərəncamlar, fəxri fərmanlar,diplomlar, R.Rza haqqında ümumi məluumat , Azzərbaycan Respunblikasının Prezidenti İlham Əliyev cənablarının R.Rzanın 100 illik yubileyi ilə əlaqədar “sərəncam”-ı asılmışdır.Bundan başqa R.Rza poeziyasında Azərbaycançılıq məfkurəsi haqqında ulu öndərin söylədiyi fikirlər və sitatlar nümayiş olunur.Bu zalda Sosialist Əməyi Qəhrəmanı R.Rzanın aldığı mükafatlar,fəxri adlar,fotostendlər və sair nümayiş olunur.

2-ci zalda: R.Rzanın uşaqlıq və gənclik illərinə aid foto materiallar, R.Rza valideynləri ilə, ədibin gənclik illəri, R.Rza ailəsi ilə,R.Rza və qohumları, R.Rzaya aid şəxsi əşyalar,N.Rəfibəyliyə aid foto stend, R.Rzanın müasirləri ilə foto stendi, şairin şeirlərindən ibarət parçalar, R.Rzaya məxsus pianino nümayiş olunur.

3-cü zal: Şairin yaradıcılıq otağıdır. Otaqda şairin şəxsi əşyaları ilə yanaşı,anası Məryəm xanıma aid olan məişət əşyaları, fotostendlər,kitablar və s.nümayiş olunur.

4-cü zalda: R.Rza və N.Rəfibəyliyə məxsus məişət əşyaları,suvenirlər, lampalar,çay dəsti,gül qabları, stolüstü saat, tüfəng, trümo, R.Rzanın ailəsi ilə olan foto şəkillər nümayiş etdirilməklə bərabər, N.Rəfibəylinin cehizlik xalçası qiymətli eksponatlar kimi qorunub saxlanılır.

Muzeyin ekspozisiya zalllarında 449 eksponat nümayiş olunur.Fonndda nümayiş etdirilən eksponatların elektron qeydiyyat sistemi mövcuddur.Hər il olduğu kimi bu il də muzeyə gələn tamaşaçıların sayı yeterincə olmuşdur. Muzeydə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qeyd edilən şair və yazıçıların yubileyləri keçirilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.