Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Rəsul Müzəffər oğlu Rzayev — jurnalist, yazıçı.
Rəsul Müzəffər oğlu Rzayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qasımlı, Masallı rayonu |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Qasımlı, Masallı rayonu |
Dəfn yeri | Qasımlı kənd məzarlığı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycan türkü |
Atası | Rzayev Müzəffər Sadıq oğlu |
Təhsili | ADPU |
Fəaliyyəti | jurnalist, yazıçı |
Fəaliyyət illəri | 1976-2019 |
Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Mükafatları | Qızıl qələm mükafatı |
Rzayev Rəsul Müzəffər oğlu 17 may, 1948-ci ildə Azərbaycan SSR Masallı rayonunun Qasımlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetininin Ali Jurnalist Sənətkarlığı institutunu bitirmişdir.
4 yanvar 2019-cu ildə Masallı rayonunun Qasımlı kəndində vəfat edib. Qasımlı kənd qəbiristanlığında dəfn edilib.[1][2]
1976-cı ildən dövrü mətbuatda çalışıb. Qasımlı və Yeddioymaq kənd orta məktəblərində müəllim, Masallı rayon Komsomol Komitəsində işləyib. "Çağırş", "Yeni həyat", "Rabitə dünyası", "3-cü hədəf" qəzetlərində redaktor müavini, bölgə müxbiri vəzifələrində çalışmışdır. "Şeirlər, poemalar", "Ömrün işıq payı", "Zirvəyə yol" və başqa kitabların müəllifidir. Qızıl qələm media mükafatçısıdır. 20-dən artıq şeir, hekayə, publisistik kitabın müəllifidir, 50-ə yaxın kitaba redaktorluq edib. Şeirləri dövrü mətbuatda, almanaxlarda çap olunub. "Yeni həyat" qəzetində baş redaktor müavini vəzifəsində işləyib.[3]