Almanax

Almanax — XIV–XV əsrlərdə astronomik hesablamaları əhatə edən təqvim cədvəllərinə verilən ad. Sonralar hər il nəşr edilməyə başlayan bu cədvəllərə şeirlər, zarafat ruhunda yazılar və s. əlavə olunmuşdur. Daha sonrakı dövrlərdə müxtəlif bədii və elmi əsərləri əhatə edən məcmuələrə alamanax adı verilmişdir.

1940-cı illərdə Bakıda "Nizami" almanaxı çap olunmuşdur.[1]

Sözün mənşəyinin haradan gəldiyi dəqiq bilinmir, lakin bununla bağlı bir neçə nəzəriyyə var:

  • Almanax sözü yunan sözü olan almenikiaka-dan gəlib, mənası təqvim deməkdir. Ən birinci almanaxlar tərkibində kənd təsərrüfatı, astroloji və meteoroloji məlumatlar olan təqvimlərdən ibarət idi.
  • Digər bir iddia isə almanaxın mənşəcə ərəb sözü olan (əl-manāx) iqlim mənasını verdiyi ilə bağlı idi, hansı ki, havanın təbii şəkildə dəyişdirilməsini bildirirdi. Müasir mənasında da almanax müəyyən bir dövr üçün hava proqnozunu nəzərdə tutur. Bu, eyni zamanda iqlim deyə adlandırılan, xüsusi bir ərazi üçün nisbətən sabit hava şəraitidir.
  • Bununla belə almanax sözü yazılı formada ilk dəfə RoCer Bekon tərəfindən latın qrafikası ilə istifadə edilib və 1267-ci ilə təsadüf edir. Bu sənəddə içində ay daxil olmaqla bir neçə müqəddəs cisim təsvir ətraflı şəkildə təsvir olunurdu.
  • Etimoloji bir bəyanatda deyilir ki: "Sözün müasir mənası qaranlıq qalır. İlk hecasının -al olması və orta əsr elm və texnologiyası ilə sıx bağlılığı sözün ərəb mənşəli olması iddiasını gücləndirir, lakin bunu sübut edəcək heç kim tapılmayıb.
  • Buna bənzər başqa bir bəyanatda deyilir: "İlk dəfə Bekon tərəfindən istifadə olunub. Böyük ehtimalla, İspan ərəbcəsindən gələn al-manax sözündəndir, amma bu, ərəb sözü deyil [bəyanatdan tərcümə: bu sözün ərəb mətnlərində istifadəsinə rast gəlinməyib]… Sözün mənası tapmaca olaraq qalır.
  • "Tarix Əsaslı Yeni İngilis dili Lüğəti"ndə oxşar şəkildə bildirilir ki, "sözün heç bir ərəb mənşəyi yoxdur", lakin digər tərəfdən sözün ispan ərəbcəsində olduğu ilə bağlı dolayı sübutlar var.

Sözün fərziyyəvi şəkildə ərəb mənşəli "al-manax" kimi tələffüz olunmasının səbəbi onun "almanax"(latınca "almanach" və ya "almanac") kimi işlədilməsində idi. Rocer Bekon bu sözlərin hər ikisini("almanach" və "almanac") istifadə edirdi. Sözün ilkin istifadəsi astroloji təqvim çərçivəsində ortaya çıxmışdı.

Sözün Qərbdə peyda olduğu, eyni zamanda ərəb dilindən yoxa çıxdığı bir zamanda Toledonun cədvəllərinin nüfuzunun qalmxası və digər ərəb dünyasına aid astroloji araşdırmalar onun Qərbdə kəşf olunduğunu, ərəb mənşəli olmasının saxta olmasını düşüncəsini irəli sürür. Həmin dövrdə Qərbdə müəyyən cədvəllərə Ərəb adı qoyulması prestijli sayıla bilərdi. Eyni zamanda bu motivdən irəli çıxaraq bildirmək olar ki, təxminən bu dövrdə Pseudo-Geber adlı latın yazıçı ərəb təxəllüsündən istifadə edirdi. Bundan başqa kimaygərlik mənasını verən "alkahest" sözünün də ərəb dilində olmadığı ortaya çıxmışdı.

İlk almanaxlar

[redaktə | mənbəni redaktə et]

Almanax gələcək il baş verəcək hadisələrin mətn siyahısıdır. Ən sadə almanaxlar içərisində təqvim olan, zamana nəzarət etmək üçün, yazılı formada istehsal edilir: onun daxilində həftənin cari günü barədə xüsusi məlumat, önəmli bayramlar, ayın həmin günki forması və s. təsvir olunur. Bir sıra hadisələr almanaxda xüsusi qrupların — fermerlər, dənizçilər, astronomlar və digərlərinin az və ya çox dərəcədə təsiri ilə qeyd olunur.

Hemerologiyalar və parapeqmata

Almanax hesab edilən ilk mətnlər eradan əvvəl ikinci minilliyin ortalarında Yaxın Şərqdə aşkar edilib. Onlar əsasən yunanca "gün"("hēmerā") mənasını verən hemerologiya adlandırılırdılar. Onların arasında "Beyblon Almanağı" adlandırılan — arzuolunan və arzuolunmaz günlərin siyahısını göstərən və həmin günlərdə nələr etməklə bağlı məsləhətlər verən almanax da var idi. Müxtəlif tipli oxucuların marağına köklənən uğurlu variantlar və versiyalar mövcud idi. Misirlilərə aid olan gün ərzində 3 dəfə yaxşı və pis anları təsvir edən növlər də tapılmışdı. Bu proqnozların necə verildiyi bilinmir, amma onların daim ilahi hadisələrlə əlaqələndiriliyi təxmin edilir. Qədim Misirdə ən önəmli hadisə olan Nil vadisinin daşmasının ilin ən uzun günü olduğu zənn edilirdi, lakin adi təqvimdə 365 günün olması ilə əsrlər ərzində həmin hadisə təqvimdəki yerini dəyişmişdi. Sirius ulduzunun ilk heliak yüksəlişi(ulduzun günəşin çıxmasından əvvəlki hərəkəti, üfüq aydınlanmadan, yəni ulduzun işığının sönmədən öncəki hərəkət) kəhanəti olaraq istifadə olunurdu və bu təcrübə, yəni bir ulduzun müşahid edilməsi və onun hər hansı hadisə ilə uyğunlaşdırılması da uyğun olaraq geniş yayılmışdı. Parapeqma adlanan yunan almanaxında daşın üzərində açılmış dəliklərə mismarları yerləşdirməklə ayın günlərini və onların adlarını öyrənmək olurdu. Daşın üzərində həmçinin mətnlər də həkk edilmişdi və Diogenes Laërtiusa görə Parapeqma Demokrat, Ptololemey və 2-ci əsr İsgəndəriyyə astroloqu bununla bağlı bir traktat yazmışdı. Parapeqmadan yaranan Fezis(tərcüməsi: müəyyən ulduzların mərhələləri və hava dəyişikliyi kolleksiyası), fəsillərin günlərinə aid müntəzəm hava dəyişiklikləri, ulduzun gündəlik ilk və son görünüşü və ya bürclərin günəşin doğub-batmasi ilə peyda və yox olması və ya günəşə aid olan ən uzun və ən qısa günlər, hamısı günəş təqviminə görə təşkil edilir. Astroloji hesablamalar aparılan hava hadisələri, xüsusi seçilmiş müşahidələr həmin dövrün müxtəlif səlahiyyətli şəxsləri tərəfindən aparılırdı. Parapeqmata yüzillər ərzində ərsəyə gəlmişdi.

Ptolomey inanırdı ki, astroloji hadisələr mövsumi hava dəyişikliklərinin səbəbidir; o, bu hadisələr arasında bir-birinə tam bağlılıq olmamasını müqəddəs varlıqların təması ilə əlaqələndirirdi. Ona görə, hava proqnozu astrologiyanın xüsusi bir bölməsi idi.