Rəsul Afiq oğlu Tağıyev (18 avqust 1976) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətlə işlər üzrə rəis müavini, Çevik Hərəkət Qüvvələrinin sabiq komandanı, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri, Vətən müharibəsi iştirakçısı.
Rəsul Tağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 avqust 1976 (48 yaş) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
Qoşun növü | Çevik Hərəkət Qüvvələri |
Hərbi hissə | Sitalçay briqadası |
Xidmət illəri | 1994–h. h. |
Rütbəsi |
General-leytenant |
Vəzifəsi | Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyətlə iş üzrə müavini |
Döyüşlər |
Vətən müharibəsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rəsul Tağıyev 1976-cı il avqustun 18-də Azərbaycan SSR-də anadan olub.
Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib — biri 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda polkovnik hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda general-mayor ali hərbi rütbəsində.
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli Sərəncamına əsasən kapitan Rəsul Tağıyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[1]
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2005-ci il tarixli Sərəncamına əsasən mayor Rəsul Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamına əsasən polkovnik-leytenant Rəsul Tağıyev "İgidliyə görə" medalı ilə təltif edilib.[3]
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.[4]
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 3099 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[5]
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli 2274 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[6]
Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2018-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
Sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2019-cu il tarixli Sərəncamına əsasən general-mayor Rəsul Tağıyev 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən general-mayor Rəsul Tağıyev "Zəfər" ordeni ilə təltif edilib.[8]
Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən general-mayor Rəsul Tağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.[9]
Zəngilanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2363 nömrəli Sərəncamına əsasən general-mayor Rəsul Tağıyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.[10]
Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2021-ci il tarixli 2769 nömrəli Sərəncamına əsasən general-mayor Rəsul Tağıyev Dövlət Sərhəd Xidməti Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.[11]
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2022-ci il tarixli 3424 nömrəli Sərəncamına əsasən general-mayor Rəsul Tağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Vətən müharibəsi başlayan zaman general-mayor olan Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətində Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi olub. O, Cəbrayıl və Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə komandanlıq edənlərdən biri, habelə cənub cəbhəsinin ən hündür 2 zirvəsi — Bartaz və Şükürataz yüksəkliklərinin işğaldan azad edilməsi üzrə hərbi əməliyyatların rəhbəri olub.
Onun rəhbərlik etdiyi bölmələr vətən müharibəsində ilk və yeganə hadisə sayılan atıcı silahlarla qırıcı təyyarənin vurulmasını[12] reallaşdırıblar. Azərbaycanın döyüş generallarından sayılan Rəsul Tağıyev həm də şəxsi heyətlə birbaşa döyüşlərdə iştirak etməsi ilə də bilinir. 2269 metr yüksəkliyi olan "Bartaz" zirvəsinə silah-sursatın çatdırılması, "Sığırt" döyüşlərində ermənilərin hücumunun qarşısını alan heyətə dəstəyin təmin edilməsi və ermənilərin dəfələrlə hücum etməsinə baxmayaraq Qafana qədər 10 kilometr dərinliklərdəki komunikasiya xətlərinə nəzarətə imkan verən postların götürülməsində və saxlanılmasında şəxsən iştirak edib. Sambo idman növü üzrə idman ustası olan general dünyanın 40-da çox ölkəsində keçirilən hərbi təlimlərdə iştirak edib.