RUR reytinqi

RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir[1].

Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir[2].

Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir[2].

2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb[2]. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur[2].

  1. "New Ranking from Russia". IREG Observatory. 2015-09-04. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2016.
  2. 1 2 3 4 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb. ikisahil.az, 20.04.2019  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]