Raşin döyüşü — 1809-cu il aprelin 19-da Yozef Poniatovskinin komandanlığı altında Avstriya İmperiyası qoşunları ilə Varşava Hersoqluğu ordusu arasında döyüş[1].
Raşin döyüşü | |||
---|---|---|---|
Beşinci Koalisiya müharibəsi (Napoleon müharibələri) | |||
| |||
Tarix | 19 aprel 1809 | ||
Yeri | Raşin | ||
Nəticəsi | polyak ordusunun məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Fransa ilə Beşinci Koalisiya müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 18 minlik hərbi korpus qalmışdı. Bu vaxtı Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Beləliklə, avstriyalılar hərbi qüvvə baxımından polyakları demək olar ki, iki dəfə üstələyirdilər.
Ershersoq birbaşa Varşava üzərinə hücum etdi. Bu zaman şəhərin müdafiəsi həva
lə edilən Poniatovski onu qarşılamağa çıxdı. Raşin yaxınlığındakı meşələrdə və bataqlıqlarda polyaklar inadkar müdafiə olunsalarda iki min nəfər ölü və yaralı olaraq itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bir neçə gündən sonra Varşavanı bombardmandan qurtarmaq üçün Poniatovski avstriyalılara təslim oldu. Ershersoq Varşavanın təslim olmasından sonra Torna tərəf getdi[2].