Varşava Hersoqluğu Ordusu - 1807-1813-cü illərdə mövcud olmuş Böyük Varşava Hersoqluğunun ordusu.
Bu dövlət Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilsit sülhündən sonra qurulmuşdu. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək mövcud olmuşdur.
Hersoqluğun ordusu dövlətin özü kimi 1807-1813-cü illərdə mövcud olmuşdur. Dövlət yaradıldıqdan sonra hersoqluğun ordusu da avtomatik olaraq təşkil edilmişdir. Daimi ordunun sayı təqribən 50 min nəfər idi. Ordunun tərkibi 35 min nəfər piyada, 12,5 min nəfər süvari, 3,5 min nəfər artilleriya və 800 mina təmizləyicilərdən ibarət olmuşdur.
Piyada hissələr üç batalyonun daxil olduğu 17 alaydan, hər batalyon isə 6 rotadan ibarət idi (1-qrenadyor, 1- yeger, 4- fuzilor).
Süvarilər dörd heyətdən ibarət 16 alaydan ibarət olmuşdu (1- kirasir, 2- qusar, 3- atlı-yeger və 10-ulan).
artilleriya 12 rotadan ibarət bir piyada alayından və 2 batareyadan ibarət at alayından təşkil edilmişdi.
Mühəndis qüvvələri 6 rotadan ibarət bir mina təmziləyən batalyondan ibarət idi.
Bu bölmələrə əlavə olaraq, polyaklardan təşkil olunan və yalnız Fransa hökumətinin hesabına saxlanılan Fransa İmperiyası ordusunun qoşunlarını da aid etmək olar. Bu qoşunların sırasına 4 piyada alayından və süvari alaydan ibarət Visla legionu daxil idi. 1811-ci ildə bu qoşunlar daha iki yüngül süvari alayları ilə gücləndirildi. Bundan əlavə Napoleonun köhnə süvari qvardiyasının tərkibində 1807-ci ildə yaradılan Polşa zadəgan gənclərindən ibarət yüngül qrenadyor alayı da döyüşürdü.
Polşa qoşunları Napaleonun İspaniya ilə müharibəsində iştirak etmiş və özlərini ən parlaq tərəfdən göstərmişdilər. Yüngül atlılardan ibarət qvardiyaçıların alayı xüsusilə fərqlənmişdi. Belə ki, 3-cü süvari alayı 1808-ci il noyabrın 30-da Somoseri hücumunda igidlik göstərmişdi.
1809-cu ildə Varşava Hersoqluğunun 65 min əsgəri Avstriya ilə müharibədə iştirak etmişdir[1].
Rusiya ilə müharibəyə hazırlaşan Napoleon, 1811-ci ildə polyaklardan hərbi qüvvələrdən ən yüksək döyüş hazırlığı tələb etdi. Daimi qüvvələrdən əlavə 14 min nəfərdən ibarət ehtiyat qoşun yaradıldı (17 batalyon (hər piyada alayına biri), 16 süvari polku (hər süvari alayına biri) və artilleriya batalyonu). Sonra 18 min nəfərlik könüllülər dəstəsi yaradıldı və 1812-ci il müharibəsinin başlanğıcında Napoleonun Polşa ordusu 85 min nəfərdən təşkil edilmişdi.
1812-ci ildə hərbi əməliyyatların başlanğıcında Napoleonun Böyük Ordusuna aşağıdakı Polşa qoşunları daxil idi:
Bu qoşunlardan əlavə olaraq, Napoleon öz şüarı altında Rusiya imperiyasının tabeliyində olan polyakları da səsləmişdi. 1812-ci ilin iyul ayında o, Litvada milli qvardiya, jandarmlar, qvardiya ulan alayının, 4 piyada və 5 süvari alayının yaradılması əmrini vermişdi.
Ümumilikdə Napoleon ordusunda ən az 120 min polyak toplanmışdı.
1812-ci il kampaniyası zamanı Kaminskinin süvari diviziyası V korpusun tərkibindən çıxarılmış və onun 3 alayı Latur-Moburun IV korpusuna, 3 alayı isə İ.Myuratın korpusuna birləşdirilmişdi.
1813-cü ildə Polşa alaylarının qalıqlarından və yeni çağırışçılardan Y. Ponyatovskinin komandanlığı altında 14.5 min nəfərlik VIII Korpus yaradıldı. Qalan Polşa qoşunları yenidən fransız korpusları və qala qarnizonları arasında bölüşdürüldü. Bu zaman Napoleonun ordusundakı polyakların sayı 40 min nəfərdən artıq idi.
Leyptsiq döyüşündə igidlik göstərərək Napoleonun geri çəkilməsini təmin edən VIII korpus, demək olar ki, bütünlüklə məhv edilmişdi[2].
1814-cü ilin yanvarında bu korpusun və digər polyak alaylarının qalıqları general Yan Dombrovskinin komandanlığı altında Sedanda toplanaraq 1 piyada alayı, 2 ulan alayı və krakus alayları təşkil etmişdilər. Visla Legionunun 3 süvari alayının qalıqları isə 7-ci ulan alayına birləşdirilmişdi. Bütün Polşa artilleriyasından piyada və süvari batareyaları yaradıldı. Əsgərsiz qalan zabitlərdən ibarət fəxri eskadronlar yaradıldı. Qvardiyaçılar da daxil olmaqla, Napoleon ordusunda polyakların ümumi sayı bu dəfə çətinliklə 4 min nəfərə çatırdı.
1814-cü il aprelin 11-də Napoleon taxtdan alındıqdan sonra Polşa qoşunlarına hərbi əmlakları ilə birlikdə vətənlərinə qayıtmağa icazə verildi. Yalnız qvardiyaçılardan ibarət könüllülərdən Napoleonu Elbaya müşayət etmək üçün bir eskadron yaradıldı. Bu eskadron 1815-ci il hadisələrində Napoleonun 100 günlüyündə iştirak etdi və Vaterloo yaxınlığında təmamilə məhv edildi.