Raad (anti-tank raketi)

Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir[4]. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir.

Raad (farsca: رعد, "ildırım") və ya RAAD
Tipi Tank əleyhinə idarəolunan raket
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1997
İstifadə edilən döyüşlər Suriya vətəndaş müharibəsi, Livan müharibəsi, İraq vətəndaş müharibəsi (2014-2017)
İstehsal tarixçəsi
Konstruktor KBM
İstehsalçı Parchin Raket Sənayesi[1]
İstehsal illəri 1988 - davam edir
İstehsal sayı Minlərlə[2]
Variantları RAAD, I-RAAD, RAAD-T, I-RAAD-T
Xüsusiyyətləri
Ağırlığı

10,9 kq (RAAD / I-RAAD)

23 kq (yönləndirmə sistemi)
Sürət 120 metr/saniyə
Məsafə 400-3000 m[3]
Uzunluğu

83 sm (RAAD / I-RAAD)

98 sm (RAAD-T / I-RAAD-T)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür[5].

Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir[2]. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, LivanSuriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraqSuriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir.

RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır. Raad-1, Raad-2, İranın Raad gəmi əleyhinə raketi və ya Pakistanın Raad qanadlı raketi kimi Raad adlı digər İran silahları ilə qarışdırılmamalıdır.

İran-İraq müharibəsi zamanı İranın ciddi surətdə tank əleyhinə raketə ehtiyacı var idi və ölkənin AT-3 Sagger raketlərini alması tələb olunurdu[4]. Müharibədən sonra yerli istehsal başladı və kütləvi istehsalı 1998-ci ildə başladı[6][7][8]. Raad İran tərəfindən istehsal edilmiş ilk tank əleyhinə silah idi[4]. Silah 30 aprel 1997-ci ildə ictimaiyyətə tanıdıldı[9]. RAAD, batareyadan idarəetmə blokuna qədər 9M14 Malyutka ilə demək olar ki, eyni komponentlərə malikdir[10]. Raad lisenziya ilə istehsal olunur[2].

SIPRI-yə görə, 1996–2001-ci illər arasında 1500 RAAD/Sagger raketi İran tərəfindən istehsal edilmiş və ya idxal edilmişdir[11] və bu rəqəm 1996–2004-cü illərdə 2250 ədəd olmuşdur[12]. İran üzrə hərbi mütəxəssis olan Galen Wrighta görə, 2011-ci ilə qədər təxminən 6000 Raad/Sagger raketi istehsal edilmiş və ya ölkəyə gətirilmişdir[2].

Döyüşlərdə istifadəsi

[redaktə | mənbəni redaktə et]

İran 2000-ci illərin əvvəllərində Raad-ı Hizbullaha verdi və Hizbullah 2006-cı il Livan müharibəsində Raad raketlərindən istifadə etmişdir[13].

2002-ci ilin yanvarında İsrail Karine A-da on əsas RAAD raketini ələ keçirdi[14].

Raad Suriyadakı vətəndaş müharibəsi zamanı Hizbullah və ordu Suriya Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir.[15]. RAAD raketlərinin müharibədən əvvəl və ya sonra orduya verildiyi bilinmir[5]. Bəzi raketlər də üsyançı qüvvələr tərəfindən ələ keçirilmişdir[16][17].

I-RAAD-T raketlərindən İraq Vətəndaş Müharibəsi dövründə istifadə edilmişdir[18].

RAAD, Rusiyanın 9M14M Malyutka-M döyüş raketinin (NATO kod adı: AT-3b "Sagger") birə-bir kopyasıdır[4].

RAAD raketinin ilk inkişaf etdirilmiş modelin olan RAAD-T, partlayıcılı Reaktiv zirehi məhv etmək üçün tandem döyüş başlığına malikdir. Lakin, RAAD-T hələ də orijinal RAAD-ın köhnə MCLOS istiqamətləndirmə sistemindən istifadə edir[2][6]. İxracat materialına görə, RAAD-T baza modeli olan RAAD üzərində manevr qabiliyyətinə malikdir[3] və reaktiv zirehdən sonra 400 mm RHA nüfuzuna malikdir[19].

Təkmilləşdirilmiş RAAD üçün, I-RAAD, SAKLOS istiqamətləndirmə sistemi ilə, tripodda quraşdırılmış fərqli bir başlatma qurğusuna sahibdir, bu da raketin hədəfini vurmasını daha da asanlaşdırır[4]. Xüsusi SACLOS metodu bir TV differensial izləyicisidir[4]. Yönləndirmə qurğusu Çinin HJ-73 sisteminə bənzəyir, xüsusilə də HJ-73C modelinə[4][8]. İlk dəfə 1998-ci ildə nümayiş etdirilmişdir[10]. Bundan əlavə, ən çoxu dörd-ə qədər raket I-RAAD buraxıcı qurğusuna qoşula bilər; bu vacib bir inkişaf mərhələsi hesab olunur[2]. RAAD raketləri I-RAAD buraxıcıları tərəfindən istifadə edilə bilər[4].

I-RAAD-T sistemi RAAD-T raketinin tandem başlığını I-RAAD buraxıcısının SACLOS marşrutlama sistemi ilə birləşdirir[4]. RAAD və I-RAAD raketləri I-RAAD-T standartına uyğunlaşdırıla bilər[3]. I-RAAD-T həmçinin operatorlara raket atmadan sistem üzərində təlim keçilməsinə imkan verən simulyatora da malikdir[4]. Reaktiv zirehdən sonra 400 mm RHA nüfuz dəyərinə malikdir[3].

  1. "Parchin". 2008-10-15. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-12.
  2. 1 2 3 4 5 6 Galen Wright, Iranian Military Capability 2011 — Ground Forces — March 15th 2011
  3. 1 2 3 4 Parchin Missile Industries, I-RAAD-T brochure
  4. 1 2 3 4 5 6 7 8 9 10 "AIO Raad Anti-Tank Guided Weapon (Iran), Vehicle-mounted anti-tank guided weapons". Jane's Information Group. 2008-07-02. Archived from the original on 2009-02-27. İstifadə tarixi: 2009-01-19.
  5. 1 2 Rodríguez, Yago. "Tipos de misiles guiados antitanque en Siria (Capítulo/serie 2.1)". 16 March 2016. 19 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2019.
  6. 1 2 "آشنایی با موشک‌های ضد زره ایران". hamshahrionline.ir. 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-26.
  7. "Arms Deliveries to Iran and Self-Sufficiency". Defense Intelligence Agency. 24 February 1988. 14 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2019.
  8. 1 2 Лямин, Юрий. "Легкое противотанковое вооружение Ирана. Часть 1". 5 October 2012. 14 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2019.
  9. "Missile Chronology, 1997". Nuclear Threat Initiative. February 2006. February 27, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-12.
  10. 1 2 "RAAD series anti-tank weapon systems (Iran), Anti-tank weapons". Jane's Information Group. 2008-12-31. February 27, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-20.
  11. Ракетная промышленность, Военная промышленность Ирана (Russian). War Online. 2002-12-19. 2003-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-12.
  12. "Transfers and licensed production of major conventional weapons: Imports sorted by recipient. Deals with deliveries or orders made 1994-2004" (PDF). 2006-01-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2009-02-21.
  13. Riad Kahwaji. "Arab States Eye Better Spec Ops, Missiles". Ocnus.Net. 2006-08-20. 2009-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-12.
  14. Kirill & Oleg Granovsky. "Weapons Found on 'Karine-A' and 'Santorini'". 2002-07-20. Archived from the original on 2003-02-10. İstifadə tarixi: 2009-02-20.
  15. "Mohamed Mansour محمد منصور on Twitter".
  16. Roche, Cody. "Common ATGMs in the Syrian Civil War". 17 August 2016. 26 March 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2019.
  17. "Green lemon on Twitter".
  18. "KLKAMASH on Twitter".
  19. Terrorism: Documents of International and Local Control, Volume 92. Oceana Publications, 2008. p. 211
  20. "Mohamed Mansour محمد منصور on Twitter".
  21. Galen Wright. "Moderately confident picture shows the Raad-T".