Raad-2 (“Şimşək-2”) — İran istehsalı olan özüyeriyən artilleriya sistemidir. Dəqiqə ərzində 5 dəfə atəş aça bilər. Raad-2 üçün V-8 dizel, Raad-2M üçün 5TDF mühərrikindən istifadə edilir. Raad-2 modeli 840[2], Raad-2M isə 700 at gücündədir[3]. 500 km-lik hərəkət mənzilinə malikdir. Yönləndirmə sistemi burulma çubuğu ilə təmin edilir.
Raad-2 | |
---|---|
Tipi | Özüyeriyən artilleriya sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1997 - hal-hazırda |
İstismara başlanması | 1997 |
İstismar edənlər | İstifadəçilər |
İstifadə edilən döyüşlər | yoxdur |
İstehsal tarixçəsi | |
Konstruktor | Müdafiə Sənayesi Təşkilatı |
Konstruksiya tarixi | 1997-ci il sentyabr ayı |
İstehsalçı | Müdafiə Sənayesi Təşkilatı |
İstehsal illəri | 1997-hal-hazırda davam edir |
İstehsal sayı | təxmini olaraq 36 ədəd[1] |
Variantları | Raad-2M |
Xüsusiyyətləri | |
Ağırlığı | 36 ton |
Sürət | 70 km/saat (43 mil) |
Məsafə | 30 km (19 mil) |
Əsas silah | 155 mm-lik HM-44 haubitsa topu |
Köməkçi silah | 12.7 mm-lik HMG |
Uzunluğu | 6.72 m (silahsız) |
Eni | 3.10 m |
Hündürlüyü | 1.66 m (qülləsiz) |
Ekipaj | 3 (Komandir, sürücü, tuşlayıcı) |
Vikianbarda əlaqəli mediafayllar |
1997-ci il sentyabrın əvvəlində, İran tərəfindən Raad-2 (Şimşək-2) kimi tanınan sürətli, mobil atəşə dəstək vasitəsi olan haubitsasının uğurla sınaqdan keçirildiyi bildirilmişdir[4].
M109A1 155mm/39 cal özüyeriyən artilleriya sistemindəkinə bənzər olan bir qüllədən istifadə edir. İran Müdafiə Sənayesi Təşkilatı, İran Müdafiə Sənayesi Təşkilatının Hadid zavodu tərəfindən istehsal olunan 155 mm HM44 haubitsasının yüksək atəş sürətinə və dəqiqliyə sahib olduğunu iddia etmişdir. Dəqiqədə beş atəş aça biləcəyi ifadə edilmişdir. Silahın mənzilinin 30 km (19 mil) olduğu, həmçinin lazer məsafəölçən və yarı avtomatik yükləmə sistemi kimi xüsusiyyətlərə də sahib olduğu da bildirmişdir. Silah M109A1-in 155mm/39-cal M185 silahına bənzəyir və bir cüt qanadlı lülə ağız əyləci, tüstünü udan sistem (atəş açılan zaman çıxan tüstünün udulması üçün nəzərdə tutulmuşdur), vida paz mexanizmi, hidro-pnevmatik yığıcı və hidravlik geriyə təpmə əyləci ilə təchiz edilmişdir. Rusiyanın BMP-1 və ya Çinin Type 86 (WZ-501) PDM-inin dəyişdirilmiş versiyası, İran istehsalı olan Boragh APC şassisində istifadə edilir. Döyüş meydanında 70 km/saat (43 mil) sürətlə hərəkət edə bildiyi ifadə edilmişdir.