| Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Radə Abbas (tam adı: Radə Sabir qızı Abbas; 10 avqust 1962, Ağcabədi rayonu) — "Tərəqqi" medalı təltifçisi, Qarabağ Şəhidi Veteran Qadınlar Təşkilatının rəhbəri, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Türkiyədə fəaliyyət göstərən Engelsiz Dünya Platformunun Azərbaycan təmsilçisi.[1]
Rada Abbas 10 avqust 1962-ci ildə Hacılar kəndində anadan olmuşdur. 1969-1979-cü illərdə Ağcabədi rayon Hacılar kənd orta məktəbini bitirmişdir. 1982-1984-cü illərdə Bakı şəhəri 2 saylı Tibb Texnikom təhsilini almışdır. 2001-2006-cı illərdə Moskva Açıq Unversitetu Bakı filialı Hüquq fakultəsini bitirmişdir[1].
1979 - 1982-ci illərdə — Ağcabədi rayon Lenin kolxozu Briqadir köməkçisi
1982-84-cü illərdə — Bakı 2 saylı tibb texnikomunun feldşerlik fakultəsini bitirmişdir. Oxuduğu müddətdən etibarən 1983 - 1992 M.Topçubaşov adına ETKECİ –da Tibb bacısı işləmişdir
1992-ci ildə — könüllü olaraq müharibəyə yollanıb. Müharibə dövrünün hərbi xidməti Ağdam, Tərtər, Ağdərə bölgələrində olub.
Müdafiə Nazirinin əmri ilə müxtəlif hərbi hissələrdə hərbi xidmət keçib[1].
2001-ci ildə — Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, səhhəti ilə əlaqədar hərbi xidmətdən tərxis edilib
2001 - 2005-ci illərdə — AVMVB-nin nəzdində Veteran Qadınlar Təşkilatının sədri
2006-cı il – Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri[1].
- Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Türkiyədə fəaliyyət göstərən Engelsiz Dünya Platformunun Azərbaycan təmsilçisidir.15 dekabr 2015-ci ildə rəsmi protokolla əməkdaşlıq başlanıb[1].
- 2009-cu il Məişət Xidməti Mərkəzinin yaradılması layihəsi Türkiyə səfirliyinin xətti ilə TİKA təşkilatı tərəfindən maliyyələşmiş, 10 il davam edən layihənin rəhbəri olub: Həmin layihə vasitəsi ilə 80 nəfər imtiyazlı ailənin övladı peşə-ixtisas öyrənib və işlə təmin ediliblər[1].
- 2001 - 2008-ci illərdə Azərbaycanda fəaliyyər göstərən müxtəlif xarici ölkə donorları ilə birgə layihələrin işlənməsində fəaliyyət: Layihə rəhbəri və koordinator
- 2009-cu il MVQSYİB-nin ofis fəaliyyətinin gücləndirilməsi; ACİ-YF[2]
- 2009-cu il — Bakı, Simqayıt, şəhərləri və Abşeron rayonu ərazilərində Avropaya inteqrasiya üzrə maarifləndirmə və təbilqat ilşlərinin aparılması DD Şurasının maliyyəsi ilə;
- 2010-cu il — Beyləqan və İmişli rayonlarında məskunlaşmış qaçqin və məcburi köçkünlərin insan haqları ilə bağlı vəziyyətinin öyrənilməsi, demokratiya əsasında[2] maarifləndirilməsi və hüquqi yardımın göstərilməsi.
- 2012-ci il — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İmkansız ailələrin üzvlərinə ödənişsiz peşə-ixtisas öyrətmək məqsədi ilə Tədris-Məişət mərkəzinin fəaliyyətinin güçləndirilməsi” layihəsinin rəhbəri olub[2].
- 2013-cü il — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası- “Azərbaycanin həqiqətlərinin və Ermənistanın təcavüzünün dünyaya çatdırılması”. Layihə rəhbəri və koordinator
- 2014-cü il — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İsveçin Stokholm və Türkiyə Respublikasının Ankara, şəhərlərindəki universitetlərdə Qarabağ informasiya guşəsinin yaradılması” layihəsinin rəhbəri. Layihə müxtəlif ölkələrdə icra edilib.
- 2015-ci il — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Ermənilərin Qarabağda tarixini, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması” adlı layihə Hollandiya, Belçika, Türkiyə və Azərbaycanda icra edilib. Layihə rəhbəri və koordinator[2].
- 2016-ci ildə — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan tarixinin, Qarabağ həqiqətlərinin təbliği üçün ölkə daxilində və xaricdə tədbirlərinin keçirilməsi” adlı layihədə layihə rəhbəri
- 2017-ci il — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Qarabağda girov götürülmüş Azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihə rəhbəri. Çox böyük marağa səbəb olan layihə Almaniya, Hollandiya, Rusiya və Türkiyədə icra edilib
- 2018-ci il — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Rusiya Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihənin rəhbəri. Lıayihənin icrasında məqsəd Dağıstanla sıx əlaqələrin qurulması və insanlar arasında isti münasibətlərinin yaradılması məqsədi daşıyıb.
- 2019-cu il — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi Qarabağın işğalı nəticəsində Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan qadınları haqqında “Bitməyən əzab” filminin çəkilməsi və dünyaya yayılması adlı layihənin rəhbəri. Layihə İtkin düşmüş girov götürülmüş vətəndaşlarla işi üzrə Dövlət Komissiyası ilə əməkdaşlıq şəraitində həyata keçirilib.
- Hollandiyanın müxtəlif şəhərlərində icra edilən layihə başa çatdıqdan sonra film 11 xarici dilə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinə yayılıb.
- 2020-ci ildə — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıın maliyyə dəstəyi ilə “DİFAİ” filminin çəkilməsi və dünyaya yayılması adlı layihənin rəhbəri. Layihə Azərbaycanın şərəfli tarixinin tanıdılması məqsədi ilə icra edilib. Layihənin icrası nəticəsində çəkilmiş film Rus və ingils dillərinə dətərcümə edilib. Layihənin icrası ərəfəsində Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edilib.
3 kitab müəllifi.
- 2009-cu il — Avropaya inteqrasıya faktlar nəticələr.
- 2013-cü il — Qarabağı unutmayaq
- 2014-cü il — Sahibkarlıqda gənclərin fəaliyyətinə diqqət[2].
- 44 günlük vətən müharibəsi ərəfəsində Azərbaycan ordusuna xidmətə görə Müdafiə Nazirliyi bu Radə Abbası təşəkkürnamı ilə təltif olunmuşdur[2].
- 7 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezideti İlham Əliyev tərfindən “Tərəqi” medalı ilə təltif edilib[3].