Radoslav Vanko

Radoslav Vanko (1983, Jilinа) — tanınmış slovak Top-Model. Vanko fiziki tərbiyə və idman fakültəsini bitirmiş, müəllim və personal trener üzrə magistr dərəcəsi almışdı.[1]

Radoslav Vanko
slovak. Radoslav Vanko
Doğum tarixi 1983
Doğum yeri
Milliyyəti slovak
Fəaliyyəti model[d]

Radoslav hakim qərb bazarları və "Valentino", "Dolce and Gabbana", "Giorgio Armani", "Gucci", "Pierre Cardin", "Louis Vuitton" və "Prada" kimi tanınmış brend kompaniyalar üçün çəkilmişdir. O həmçinin "Men’s Health" və "DNA" kimi populyar jurnalların üz qabığını da bəzəmişdi. İdmançı oğlan Vanko öz boş vaxtlarında velosiped sürməyi, tennis oynamağı və idman zalında məşq etməyi çox sevir. O həmçinin səyahəti sevir — yeni məkanları seyr etmək və çəklişlərdə iştirak etmək məqsədilə. O tanınmış fotoqraflar ilə çalışmışdı, onlar arasında Bryus Veberin adını xüsusi ilə qeyd etmək olar. Bu əməkdaşlığın bəhrəsi kimi, Radoslav keçən il Men's Health jurnalının alman dilində olan nəşrinin üz qabığını bəzəmişdi.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Radoslav Vankonun anketi:

  • Boyu : 1.85 sm
  • Çəkisi :
  • Sinə ətrafı : 98 cm
  • Beli : 78 cm
  • Omba genişliyi : 98 cm.[2]
  • Saçlarının rəngi : Şabalıdı
  • Gözlərinin rəngi : Qəhvəyi
  • Ayaqqabı ölçüsü :
  • Paltar ölçüsü :
  1. "Most Beautiful Man - 15-11". Models.com. 2012-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.
  2. "stunning boys and men". Models.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]