Rafael Zeynal oğlu Haşımov (28 yanvar 1959, Mingəçevir) — Azərbaycan teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2013).
Rafael Haşımov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr rəssamı |
Təhsili |
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rafael Haşımov 28 yanvar 1959-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 1 nömrəli orta məktəbi bitirmiş, 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1979-cu ildə təhsilini yarımçıq qoyaraq Əfqanıstan Demokratik Respublikasına hərbi xidmətə yollanmışdır. 1981–1983-cü illərdə təhsilini davam etdirmiş, 1984-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunmuş, 1989-cu ildə buranı bitirmişdir.[1][2]
Rafael Haşımov yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi başlamışdır. 2000-ci ildən həmin teatrın baş rəssamıdır.[1]
Teatrda fəaliyyət dövrü ərzində 100-dən artıq tamaşaya (H.Cavidin "Afət", M.Hüseynin "Cavanşir", "Şeyx Şamil", İ.Mərcanlının "Xocalı notları", T.Vəliyevanın "Mənim ağ göyərçinim", C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", A.Mədətovun "Aylı gecə", R.Rəhimlinin "Gizli məhəbbət" tamaşaları və s.) bədii tərtibat vermişdir. Quruluşçu rəssamı olduğu H.Cavidin "Ana" tamaşası 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.[2]