Tamara Vəliyeva (tam adı: Tamara Əlibala qızı Vəliyeva; 1959, Beyləqan, Azərbaycan SSR) — nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).
Tamara Vəliyeva | |
---|---|
Tamara Əlibala qızı Vəliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Ədalət Vəliyev |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | yazıçı, dramaturq |
Fəaliyyət illəri | 1984 — h.h. |
Əsərlərinin dili | azərbaycanca, gürcücə |
Janrlar | hekayə, povest |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tamara Vəliyeva 1959-cu ildə Beyləqan şəhərində anadan olub.
1963–1973-cü illərdə orta ümumtəhsil məktəbində təhsil almış, 1980-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya ixtisası üzrə təhsilini başa vurmuşdur. Uzun müddət "Yazıçı" nəşriyyatında çalışıb.[1]
1984-cü ildən başlayaraq müxtəlif almanaxlarda, qəzet və jurnallarda çap olunmağa başlayıb. "Çəlikli qoca" adlı povest və hekayələrdən ibarət ilk kitabı 1990-cı ildə çap olunub. "Xəyanət" adlı ikinci kitabı 2000-ci , "Məhəbbət ölüncə var" kitabı, 2001-ci ildə işıq üzü görüb. "Mənim ağ göyərçinim" pyesi 1999-cu ildən başlayaraq Azərbaycanın müxtəlif dövlət teatrlarında tamaşaya qoyulub.[1]
"Bankir adaxlı" musiqili komediya əsəri 2000-ci ildən bu günə qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında oynanılır və bu pyesə görə müəllif Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Beynəlxalq "Qızıl Dərviş" mükafatına layiq görülüb.[1]
"Mən dəyərəm min cavana" musiqili komediyası da Musiqili Teatrda 2007-ci ildə tamaşaya qoyulub, hələ də səhnədədir.[2] 2018-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" dram monotamaşası səhnəyə qoyulub.[3] Hər dörd pyes müəllifə uğur gətirib və bu günədək Azərbaycanın müxtəlif teatr səhnələrində oynanılır. Onların sırasına Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Dərbənd Dövlət Azərbaycan Dram Teatrı daxildir. Tamaşalar həmçinin müxtəlif Beynəlxalq Teatr Festivallarında xüsusi mükafatlara layiq görülüblər.
Tamara Vəliyeva 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2000-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Ailəlidir, iki övladı, dörd nəvəsi var.