Novak Cokoviç

Novak Cokoviç (serba: Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — serb tennisçi, hal-hazırda dünyanın 1 nömrəli tennisçisidir.

Novak Cokoviç
serb-kiril. Новак Ђоковић
serb. Novak Đoković
2 yanvar 2011, Hopman kuboku
2 yanvar 2011, Hopman kuboku
Vətəndaşlığı Serb
Yaşadığı yer Monte Karlo, Monako
Doğum tarixi (37 yaş)
Doğum yeri Belqrad, Serbiya
Boyu 188 [1] m
Çəkisi 80 kq
Karyeranın başlanğıcı 2003
İşlək əli sağ
Sağdan zərbə tək əl ilə
Soldan zərbə iki əl ilə
Mükafat pulları 45,686,497 $
Fərdi nəticələri
Fərdi titulları 34
Ən yüksək fərdi mövqeyi N. 1 (4 iyul 2011)
Hal-hazırkı mövqeyi N. 1 (14 yanvar 2016)
Avstraliya üzrə nəticə çempion (2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021)
Fransa üzrə nəticə çempion (2016, 2021)
Uimbldon üzrə nəticə çempion (2011, 2014, 2015, 2018, 2019, 2021, 2022)
ABŞ üzrə nəticə çempion (2011, 2015, 2018)
Cütlərdə nəticələri 31–44 (41.33%)
Cütlərdə titulları 1
Cütlərdə ən yüksək mövqeyi N. 114 (30 noyabr, 2009)
Sayt novakdjokovic.com
Sonuncu dəfə yenilənib 14 yanvar, 2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Novak Cokoviç — 2008 Avstraliya Açıq çempionu Serb tennisçi; 2007 Amerika Açıq finalisçısı; 20072008 Roland Garros (Fransa Açıq) və 2007, 2010 Uimbldon yarım finalçısı, dünyanın Rafael NadalRoger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi. 2008-ci il Indian Vells çempionu. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri. 2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunu Amerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə 2007-ci ildə Roland GarrosUimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur. Bundan sonra Indıan Vells turnirini Serb Ana İvanoviç ilə qazanmışdır. 2008-ci ildə Roland Garros yarım finalında Rafael NadalaUimbldon 2-ci dövründə Marat Safinə 3-0 məğlub olmuşdur. Lakin 2008 Yay Olimpiadalarında Ceyms Bleyki sərt kortda 2-0 məğlub edib sərt kortda nə qədər güclü olduğunu göstərmiş və bronz medalı qazanmışdır. Novak Cokoviç 2009-cu ilə Brisbeyn turnirində, 1-ci dövrdə Ernests Qulbis məğlubiyyətiylə başlamışdır. Sonra qatıldığı Sidney turnirində yarım finala qədər yüksəlmiş lakin bu dövrdə də Nieminenə məğlub olmuşdur. 2009 Avstraliya Açıq turnirində isə dörddəbir finala qədər sadəcə 2 set məğlub olaraq gəlmişdir. Lakin dörddəbir finalda Endi Roddik ilə etdiyi matçda keçirdiyi zədə səbəbi ilə setlərdə 2-1 geridəykən matçdan çəkilmişdir. 2010-cu ilin ilk Böyük Dəbilqə serialı tennis turniri olan Avstraliya Açıqda 1/4 finalda Tsonqaya 5 setdə məğlub olaraq turnirdən kənarlaşmışdır. İlin 2-ci Böyük Dəbilqə serialı tennis turnirində də 1/4 finalda məğlub oldu. Yurqen Melzer 5 setdə matçı qazanmağı bacarmışdı. 2 həftə sonra Uimbldon turnirində isə yarım finalda Tomas Berdiçə məğlub olmuşdur. İlin son Böyük Dəbilqə serialı tennis turnirində isə finala çıxmağı bacardı, lakin finalda Rafael Nadala 4 setdə məğlub oldu. Novak Cokoviçin 2010-cu ildə əldə etdiyi ən böyük uğur Serbiya ilə Devis Kubokunda çempionluğudur. Cokoviçli Serbiya finalda Qael Monfilsli Fransanı məğlub edərək çempionluğu əldə etmişdir.

Cokoviç 2022-ci il mövsümünə ATP Kubokunda iştirak etməklə başlamağa hazırlaşırdı, lakin yarışı tərk etdi.[2] Cokoviç yanvarın 5-də Melburna getdi, lakin Avstraliya Sərhəd Qüvvələri onun peyvənd olunmamış səyahətçi üçün giriş tələblərinə cavab vermədiyini müəyyən etdikdən sonra onu saxladı.[3][4] Onun vizası ləğv edildi və o, bir neçə gün immiqrasiya təcridxanasında saxlanılaraq məhkəmə iclasını gözləyirdi.[5]

2022-ci ilə qədər yaxın dostları tərəfindən məhəbbətlə “Joker” ləqəbi ilə tanınan Cokoviç 154 milyon dollarlıq heyrətamiz gəlirlə tennis tarixində qazanılan ümumi mükafat pulunda bütün zamanların lideri olmaqla əlamətdar bir mərhələyə çatdı. 2024-cü ilin avqust ayına olan məlumata görə, onun təkcə mükafat pullarından qazandığı karyera qazancı, idmanın ən böyüklərindən biri statusunu möhkəmləndirərək, təsirli cəmi 184,265,269 dollara çatdı[6].

  1. "Novak Djokovic Biography, Facts". Celebritydetails Facts. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  2. "Djokovic decides to withdraw from ATP Cup". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  3. Greene, Andrew. "ABF investigates two more Tennis Australia medical exemptions after Novak Djokovic's visa cancellation". ABC News. Australian Broadcasting Corporation. 2022-01-06. 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  4. "Djokovic prepares Australian visa challenge as COVID vaccine furore mounts". 2022-01-08. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  5. "Djokovic detention draws focus to Australia's asylum-seekers". MSN. 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  6. "Novak Cokoviç - tərcümeyi-halı, hobbiləri, maaşı, şəxsi həyatı, Daniil Medvedev, tennis, Avstraliya, matçlar, xəbərlər 2024". 13.11. 2024. 2024-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03. 12.2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]