Rafiq Səməndər — yazıçı-dramaturq, Əməkdar jurnalist, ssenarist.
Rafiq Səməndər | |
---|---|
Ələddinov Rafiq Səməndər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Quba |
Təhsili | |
Fəaliyyəti | ssenarist |
Mükafatları |
Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib.
2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin rəhbəri olub.
20 bədii əsərin və 25 pyesin müəllifidir. 20 yanvar şəhidlərinə həsr edilmiş 150 min tirajla çap olunan “Şəhidlər” kitabının müəllifidir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır.
2011-ci ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub