Rafiq Yaqub oğlu Zeynalov (16 mart 1938, Bakı – 5 sentyabr 2014, Bakı) — Azərbaycan jurnalisti, fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət İnformasiya Agentliyinin ("Azərinform"un) direktoru, dövlət xadimi, Bakı Sosial İdarəçilik və Politologiya İnstitutunun rektoru[1]
Rafiq Zeynalov | |
---|---|
31 may 1988 – ? | |
Birinci katib | Əbdürrəhman Vəzirov |
1986 – 1988 | |
Əvvəlki | Yefim Qurviç |
Sonrakı | Azad Şərifov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 mart 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 5 sentyabr 2014 (76 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Rafiq Zeynalov 1938-ci il martın 16-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirdikdən sonra Neft hasilati üzrə Azərbaycan Elmi Tədqiqat Institutuna operator vəzifəsinə qəbul olunmuşdur. 1962-ci ildə S. M. Kirov adina Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən R. Zeynalov bütün gələcək həyatını Azərbaycan jurnalistikasinin inkişafina, jurnalist kadrlarin yetişməsinə, mətbuat işçilərinin hüquqlarinin qorunmasina həsr etmişdir.
1969-cu ildə rəhbər partiya vəzifəsinə irəli çəkilmiş, Azərbaycan KP MK-nin təbliğat və təşviqat şöbəsində təlimatçi vəzifəsində çalışmışdır.
1976-cı ildə Moskvada İctimai Elmlər Akademiyasini bitirdikdən sonra fəlsəfə üzrə dissertasiya müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsini almişdir. Sonralar Azərbaycan KP MK-nin təbliğat-təşviqat şöbəsinin müdir müavini, "Azərinform" (indiki "AzərTac") direktoru, Azərbaycan Jurnalistika İttifaqının sədri (1987-1988), Azərbaycan SSR Ali Sovetinin deputatı (1987-1995), daha sonra R. Zeynalov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ideoloji məsələlər üzrə katib postunu tutub[2].[3]
R. Zeynalovun sonuncu iş yeri isə Bakı Sosial İdarəçilik və Politologiya İnstitutu olub. O, bu ali məktəbin rektoru vəzifəsində çalışıb[2].
Rafiq Zeynalov 5 sentyabr 2014-cü ildə vəfat edib[2].