Rahib Məmmədov

Rahib Gülmalı oğlu Məmmədov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı.

Rahib Məmmədov
Rahib Gülmalı oğlu Məmmədov
Şəxsi məlumatlar
Vəfat yeri Çaladidi, Xobi rayonu, Gürcüstan SSR
Milliyyəti Azərbaycanlı
Atası Gülmalı Məmmədov

Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O 1984-cu ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olur. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçir.

Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur[1]. Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir[2].

R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar[3].

Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var[4].

Rahibin oxuduğu orta məktəbdə adına muzey yaradılmışdır. Muzeyə Sahib Məmmədov rəhbərlik edir[5].

Gürcüstanın Çaladidi kəndində abidəsi qoyulmuşdur. 2012-ci ildə abidə təmir edilmişdir. Abidə üzərində ingilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir:

"1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə"[1].

1997-ci ildə Rahib Məmmədovun xatirəsinə Qardabani rayonunda beynəlxalq boks turniri keçirilmişdir[6].

  1. 1 2 AZADİNFORM. "Gürcüstanda azərbaycanlı əsgər Rahib Məmmədovun büstü qoyulub" (az.). azadinform.az. 24.07.2012-17:25. 2012-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  2. "Sovet Ordusu və Hərbi Dəniz Donanması hərbi qulluqçularının bir qrupunun SSRİ orden və medalları ilə təltif edilməsi haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı
  3. "Gürcüstanda azərbaycanlı əsgər Rahib Məmmədovun büstü qoyulub - FOTO" (az.). az.apa.az. 25 İyul 2012 10:50. 2012-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  4. "Prezident İlham Əliyev Bakının Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub" (az.). yeniazerbaycan.com. 19-10-2013. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  5. "E.Məmmədli, "İgid Rahib Məmmədovun atası İlham Əliyevə şikayət etdi" — tezadlar.narod.ru saytı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  6. "Qəhrəmanların xatirəsinə"//Azərbaycan. −1997.-6 fevral.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]