Rai (musiqi)

Rai (ərəb. راي‎‎raï) — 1930-cu illərin başlığında Əlcəzairin Vahran (Oran) şəhərində yayılmış musiqi növü. Rai ərəb xalq musiqisinin, berberlər xalqının mahnılarının və bəzi fransız, ispan və afrika musiqi ənənələrinin birləşməsindən yaranıb.

Rai
راي‎‎
Mənbəsi Ərəb musiqisi, bədəvilərin ənənəvi "səhra musiqisi"
Yarandığı dövr 1930-cu illər
Ölkə Əlcəzair Əlcəzair
Tipik alət Qaspa, dram maşını, sintezator, sekvensor (müasir)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu növdə oxuyan müğənnilərə "çeb" (shabab yəni cavan) deyilər. Bu musiqi növü ilk növbədə yoxsul əhalinin arasında daha populyarlaşır və Əlcəzairin bir neçə şəhərlərinə yayılır. Ənənəvi rai ifaçıları kişilər olub, lakin XX əsrin sonunda qadın oxuyucularda peyda olmağa başlayır. Rai mahnıların mətnləri müxtəlif sosial məsələlərə tez-tez toxunurdular, o cümlədən anti müstəmləkə xarakteri daşıyırdılar və çox vaxt idarə rejimlərini tənqid edirdilər.[1].

Yarandığı vaxtdan musiqi əvvəlcə fransız müstəmləkənin, sonra isə Əlcəzair hökumətinin senzurasının sərt təzyiq altında idi.[2][3] Rai qarşı mənfi münasibətin yox olması və onun Əlcəzairdən başqa ölkələrə yayılması yalnız 1990-cı illərdə mümkün oldu.

  1. Gross, Joan, David McMurray, and Ted Swedenburg. «Arab Noise and Ramadan Nights: Raï, Rap, and Franco-Maghrebi Identities.» Diaspora 3:1 (1994): 3- 39. Reprinted in The Anthropology of Globalization: A Reader, ed. by Jonathan Xavier and Renato Rosaldo,
  2. Rod Skilbeck. "Mixing Pop and Politics: The Role of Raï in Algerian Political Discourse". 2013-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2008.
  3. "Raï — Rebel Music from Algeria". 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-01.