Rai Radio 1

Rai Radio 1 (əvvəlki adı -Radio Uno kimi tanınırdı) - RAİ xəbərlər, idman, tok-şou və populyar musiqi sahəsində ixtisaslaşan İtalyan dövlət teleradiokompaniyasının ilk radiostansiyası. RAİ-nin ilk rəqəmsal, teleradioyayım multipleksinə daxildir.

Rai Radio 1
Loqonun şəkli
Ölkə  İtaliya
Tezlik

  • AM-diapazon: orta dalğalar
  • FM-diapazon: 87,6—107,7 Hs.
  • SKY Italia: 761 kanal
  • Alice Home TV: 770 kanal
  • Ziggo: 863 kanal
Yayım vaxtı 24 saat
Yayım ərazisi  İtaliya
Başlama tarixi 6 oktyabr 1924-cü il
Sahibi Mario Orfey
Rəhbərlik RAI
Sayt radio1.rai.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Birinci radiostansiya fəaliyyətə İtaliyada 6 oktyabr 1924-cü ildə "1-RO" adı ilə başlamışdır. Radiostansiyasının rəhbərisahibi İtaliyanın Radioyayım Birliyidir (it. Unione Radiofonica Italiana). 1927-ci ildə İttifaq tezliklə İtaliyada hüquqi şəkildə fəaliyyət göstərən İtalyan Radioyayım orqanının (it. Italiano per le Audizioni Radiofoniche) bir hissəsi oldu. 1944-cü ildə bu təşkilat İtaliya Radioyayım (it. Radio Audizioni Italiane) təşkilatı adlandırıldı. II Dünya müharibəsindən sonra 3 noyabr 1946-cı ildə 2 radiostansiya fəaliyyət göstərməyə başladı : "Qırmızı şəbəkə" (it. Rete Rossa ) və "Mavi şəbəkə" ( it. Rete Azzurra). Hər iki radiostansiya bərabər hüquqa malik olsa da , lakin verilən bu başlıqların məqsədi onların bir-birinə əks fikirləri yayımlamaq idi. 1 oktyabr 1950-ci ildə isə kultroloji proqramlarımusiqiləri yayımlamaq məqsədilə 3-cü radiostansiya (it. Terzo Programma) fəaliyyətə başladı. 1 yanvar 1952-ci ildə artıq birgə şəkildə fəaliyyət göstərən bu 2 radiostansiya ənənəvi ad aldı : "Qırmızı şəbəkə" əvvəlcə "Milli proqram", daha sonralar "Birinci proqram", sonda isə müasir RAİ Radio 1 adını aldı. "Mavi şəbəkə" isə əvvəlcə "İkinci proqram" (it. Secondo Programma), daha sonra isə Rai Radio 2 adını aldı.

Proqramlar[redaktə | mənbəni redaktə et]

Radiokanal proqramının əsasını xəbərlər buraxılışı, tok-şoular (danışıq janrında verlişlər), popular musiqiləridman yayımları təşkil edir. Rai Radio 1 İtaliya futbol komandasının matçlarını, həmçinin İtaliya Futbol Çempionatının (Seriya A və Seriya B) qarşılaşmalarını birbaşa canlı efirdən yayımlayır. Matçın şərhləri 1960-cı ildən nəşr olunan "Bütün futbol dəqiqəsi" (it. Tutto il calcio minuto per minuto) adlı proqramda əks olunur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]