Sahib

Sahib İbrahimov[redaktə | mənbəni redaktə et]

Sahib Yusif oğlu  İbrahimov

Sahib Yusif oğlu  İbrahimov (Sahib Qazaxlı) 1970-ci ildə Qazaxın Daş Salahlı kəndində, müəllim ailəsində doğulub. 1977-1987-ci illərdə indi Şahin Cəbiyevin adını daşıyan 2 saylı Daş Salahlı kənd Orta Məktəbində təhsil alıb. Eyni zamanda, 1980-1985-ci illərdə Qazax Yeddi illik Musiqi Məktəbinin tar fakültəsində ilk musiqi təhsilini alıb. 12 yaşından Qazax rayon Pionerlər Evində  ilk çıxışları başlayıb, tədbir,  müsabiqə və festivallarda iştirak edib. 1988-1990-ci illərdə hərbi xidmətə olub.  1991-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə, Hacıbaba Hüseynovun sinfinə qəbul olunub. Kollecdə Canəli Əkbərovun ilk tələbələrindən olan Sahib İbrahimov 2-ci kursda oxuyarkən, 1992-ci ilin sonlarında   Azərbaycan Milli Ordu sıralarına qoşularaq müharibədə iştirak edib. 1996-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Asəf Zeynallı adına kollecdə təhsilini  davam etdirib.

1996-cı ildən Rəşid Behbudov adına Mahnı Teatrının solisti işləyib. 1997-ci ildə Azərbaycan Dövlət Muğam Teatrına dəvət alıb və orada çalışıb. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. 2006-cı ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərir.

Ailəlidir, 2 övladı 3 nəvəsi var.

Müğənni

Sahib

Sahib — Kişi adı.

Yaşayış məntəqələri