RAİ Radio 2 (əvvəlki adı – Radio Due kimi tanınırdı) — RAİ tok-şou və populyar musiqi sahəsində ixtisaslaşan italyan dövlət teleradio kompaniyasının 2-ci radiostansiyası.RAİ-nin ilk rəqəmsal, teleradioyayım multipleksinə daxildir.
Rai Radio 2 | |
---|---|
Ölkə | İtaliya |
Yayım formatı | Tok-şou, xalq musiqisi[d] |
Tezlik |
FM-diapazon: 87,7—107 Hs SKY Italia: 762 kanal Alice Home TV: 771 kanal |
Yayım ərazisi | İtaliya |
Başlama tarixi | 21 mart 1938-ci il |
Təsisçi | |
Sahibi | Mario Orfey |
Sayt | raiplayradio.it/radio2 |
İkinci RAİ radiostansiyası 21 mart 1938-ci ildə İtaliya radioyayım təşkilatının ( ital.- Italiano per le Audizioni Radiofoniche) qərarı ilə yayımlanan 2-ci radioyayım proqramı ilə fəaliyyətə başlamışdı. 1944-cü ildə bu təşkilat İtaliya Radioyayım (ital-Radio Audizioni Italiane) təşkilatı adlandırıldı.
II Dünya müharibəsindən sonra 3 noyabr 1946-cı ildə 2 radiostansiya fəaliyyət göstərməyə başladı : "Qırmızı şəbəkə" (ital. Rete Rossa) və "Mavi şəbəkə" ( ital.Rete Azzurra). Hər iki radiostansiya bərabər hüquqa malik olsa da , lakin onlara verilən bu başlıqların məqsədi onların bir-birinə əks fikirləri yayımlamaq idi. 1 oktyabr 1950-ci ildə isə kultroloji proqramları və musiqiləri yayımlamaq məqsədilə 3-cü radiostansiya (ital. Terzo Programma) fəaliyyətə başladı.
1 yanvar 1952-ci ildə artıq birgə şəkildə fəaliyyət göstərən bu iki radiostansiya ənənəvi ad aldı : "Qırmızı şəbəkə" əvvəlcə "Milli proqram", daha sonralar "Birinci proqram", sonda isə müasir RAİ Radio 1 adını aldı. "Mavi şəbəkə" isə əvvəlcə "İkinci proqram" (ital Secondo Programma), daha sonra isə RAİ Radio 2 adını aldı.
RAİ Radio 2 ölkədə ən populyar radiostansiyadır. Radiokanal yayımının əsasını tok-şoular(danışıq janrında verlişlər) və popular musiqilər təşkil edir. Radiostansiyanın ən məşhur verlişi – aparıcıları Rozario Fiorello və Marko Baldini hesab olunan Viva Radio2 -dir. Bununla yanaşı, Il ruggito del coniglio, Caterpillar and Condor adlı verlişlər də məşhurluğuna görə seçilir. Radiostansiyada həmçinin Giornale Radio 2 adlı xəbərlər xidmətidə var.