Rai Radio 3

Rai Radio 3 (əvvəlki adı- Radio Tre kimi tanınırdı) — RAİ mədəniyyətklassik musiqi sahəsində ixtisaslaşan italyan dövlət teleradiokompaniyasının 3-cü radiostansiyası. 3-cü BBC radioproqrammını olduğu kimi - strukturu ilə təkrarlayan bu radiostansiya 1 oktyabr 1950-ci ildə 3-cü proqram kimi fəaliyyətə başladı. Müasir adını 1976-cı ildə almış. RAİ-nin ilk rəqəmsal, teleradio yayım multipleksinə daxildir.

Rai Radio 3
Loqonun şəkli
Ölkə  İtaliya
Tezlik * FM-diapazon: 88,8—107,8 Hs* SKY Italia: 763 kanal* Alice Home TV: 772 kanal
Yayım ərazisi  İtaliya
Başlama tarixi 1 oktyabr 1950-ci il
Sahibi Mario Orfey
Rəhbərlik RAI
Sayt raiplayradio.it/radio3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Proqramlar[redaktə | mənbəni redaktə et]

Rai Radio 3 yayım şəbəkəsinin əsasının- kulturoloji proqramlarla yanaşı klassik və avangard musiqi (canlı efirdə yayımlanan konsertlər)yayımı, klassik əsərlərin ədəbi oxunuşu, tarixi-tematik, iqtisadi, fəlsəfi, dini, mifoloji, eləcə də kinoteatr ilə bağlı proqramlar təşkil edir. Gün ərzində 3 dəfə (8:45, 13:45 və 18:45 radələrində)xəbərlər verilir, hər axşam isə canlı efirdə klassik musiqi konserti yayımlanır. Bu vaxta qədər bu radioda heç bir reklam olmayıb. Bütün informasiyalar analizsintez olunmaqla təqdim olunur. Gecə saatlarında isə Rai Radio 3 öz tezliyi ilə canlı musiqi yayımlayan Rai Radio FD 5 kabel radiokanalına keçid alır. Canlı efirdə həmçinin Euroradio şəbəkəsinin bəzi verlişləri yayımlanır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]