Raisa Belyaeva

Raisa Vasilyevna Belyayeva (rus. Раиса Васильевна Беляева; 25 dekabr 1912, Kirov19 iyul 1943, Voronej) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub.[1]

Raisa Belyaeva
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1912(1912-12-25)
Doğum yeri
Vəfat tarixi 19 iyul 1943(1943-07-19) (30 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Sovet Hərbi Hava Qüvvələri[d]
Rütbəsi Leytenant
Döyüşlər
Təltifləri "Qırmızı ulduz" ordeni

Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib.[1]

Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur.[2] O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.[2]

  1. 1 2 Milanetti, Gian Piero. Le Streghe della Notte: La storia non detta delle eroiche ragazze-pilota dell'Unione Sovietica nella Grande Guerra Patriottica (Italian). Istituto Bibliografico Napoleone, Roma, Italia. 2011. səh. 105-106. ISBN 978-88-7565-100-8. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  2. 1 2 Pennington, Reina. Amazons to Fighter Pilots - A Biographical Dictionary of Military Women (Volume Two). Westport, Connecticut: Greenwood Press. 2003. 522–523. ISBN 0-313-32708-4.