Qalina Burdina

Qalina Pavlovna Burdina (rus. Галина Павловна Бурдина; 24 mart 1919, Vereşaqino25 noyabr 2006, Riqa) — İkinci Dünya Müharibəsində iştirak etmiş Sovet Hərbi Hava Qüvvələrinin qırıcı pilotu.

Qalina Burdina
Şəxsi məlumatlar
Doğum tarixi 24 mart 1919(1919-03-24)
Doğum yeri
Vəfat tarixi 25 noyabr 2006(2006-11-25) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Riqa Meşə qəbiristanlığı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Sovet Hərbi Hava Qüvvələri[d]
Rütbəsi Leytenant[1]
Təltifləri "Qırmızı bayraq" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Qalina Burdina 24 mart 1919-cu ildə anadan olub. Onun atası Rusiya vətəndaş müharibəsi zamanı həlak olmuşdu. O, 14 yaşında ikən gecələr təhsilini davam etdirməklə fəhlə işləməyə başlaymışdır. 17 yaşında ikən planerdə uçmağı öyrənməyə başlayan Burdina Ulyanovskdakı mülki aviasiya pilotu məktəbində oxumağa davam etmişdir. O, daha sonra Yekaterinburqda pilot təlimatçısı kimi işləməyə başladmışdır. 1941-ci ilin sentyabrında onun məktəbi hərbi pilotlar məktəbinə çevrilmiş və Burdina hərbi pilotlar hazırlamağa davam etmişdir.[2]

İkinci dünya müharibəsində

[redaktə | mənbəni redaktə et]

Müharibə zanaı o, məktəbin digər iki qadın təlimatçısı ilə birlikdə könüllü olaraq hərbi xidmətə getdi. 24 saat əvvəl xəbərdar edilərək o, Moskvaya göndərildi. Burdina Saratov vilayətinin Engels şəhərindəki bazaya göndərilib. Gələndən sonra Marina Raskova ona qırıcı pilot olmaq üçün məşq etməli olduğunu bildirdi. Burdina təlimdən sonra cəbhəyə göndərilərkən 586-cı Qırıcı Aviasiya Alayında gecə döyüşçüləri kimi Tamara Pamyatnıxla yanaşı bombardmançıları dəstəkləyib və kəşfiyyatçı kimi fəaliyyət göstərib.

Müharibədən sonra o 15 il aeroflotda uçmuş və daha sonra hava nəqliyyatı dispetçeri kimi işləmişdir. Burdina Sovet İttifaqının dağılmasından sonra 2006-cı ildə vəfat edənədək vətəndaşlığı olmayan şəxs kimi Latviyanın Riqa şəhərində yaşayıb.[3][4]

  1. 1 2 https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_yubileinaya_kartoteka1511814515/.
  2. Noggle, Anne. A Dance with Death: Soviet Airwomen in World War II. Texas: Texas A & M University Press. 1996. səh. 205. ISBN 978-1-58544-177-8.
  3. Glancey, Jonathan. "The very few". The Guardian. 15 December 2001. 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2018.
  4. "Grave". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  5. Jubilee card index Arxivləşdirilib 2023-03-06 at the Wayback Machine on the site "pamyat-naroda.ru" (archive materials of TsAMO, ш. 17, я. 13)