Rambinas (lit. Rambynas) — Neman çayının sağ sahilində yerləşən çox da yüksək olmayan dağ. Hündürlüyü 46 metr olan Rambinas dağ ilə üzbəüz Raqneta qəsri yerləşir (Raqnit - Ragainė, 1946-cı ildən Neman şəhərinə aiddir). Neman çayı dağı Rusiyanın Kalininqrad vilayətindən ayırır. Dağın nisbi hündürlüyü 40 metrdir (Neman çayından). Ümumən dağ Litvanın cənub-qərb sərhəddində yerləşir. Coğrafi olaraq dağ 35 km-lik Vilkkişkyais moren silsiləsinin bir hissəsidir. Silsilə sonuncu buzlaşma zamanı formalaşmış[2].
Rambinas | |
---|---|
lit. Rambynas | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 46[1] |
Yerləşməsi | |
55°05′15″ şm. e. 22°01′16″ ş. u. | |
Ölkə | Litva |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İlkin məlumatlara görə dağın zirvəsində qurban kəsmə daşı olmuş. Daş üzərində prussların baş - göy gurultusu allahı olan Perkunuya qurban kəsilərdi. Paqanizmin dini məkanı olan bu daşın üzərində əfsanələrə görə qəribə işarələr oyulmuş. Hansı ki, onlar müalicəvi gücə malik idi. Yastı daşın üzərində zəngin olmaq istəyənlər, tarlalardan bol məhsul əldə etmək arzusunda olanlar, eləcə də yeni evlənənlər öz qurbanlarını kəsərdilər. Əhali belə düşünürdü ki, Litvanın mövcuddluğu məhs bu daşdan asılıdır. 1812-ci ildə daşı alman koloniyaları partlatdılar. 1835-ci və 1878-ci illərdə dağ ərazisində böyük sürüşmə qeydə alınmış və gecə baş verən bu uçqun böyük gürultuya səbəb olmuşdur. Nəticədə Raqnita əhalisi yuxudan duraraq və evlərini tərk etmişlər. Uçqun nəticəsində dağın bir hissəsini çay yuyaraq aparmışdır. Uçqundan sonra dağın ümumi uzunluğu - 270 metr, eni isə 60 metrdir.[3]
Rambinas dağı 1992-ci ildə yaradılmış eyniadlı regional parkın ərazisinə daxildir. Dağın adı pendir («Rambinas»), müəssisə və restoran adlarında istifadə olunur.