Rami kitabxanası

Rami kitabxanası (türk. Rami Kütüphanesi) — Kitabxana 2023-cü ildə İstanbulda bərpa olunan Rami kazarmalarında istifadəyə verilib.[1] 2023-cü ildən İstanbulun ən böyük kitabxanası sayılır.[2]

Rami kitabxanası
türk. Rami Kütüphanesi
Loqonun şəkli
Rami kitabxanasının binası
Rami kitabxanasının binası
Xəritə
Ümumi məlumatlar
Ölkə  Türkiyə
Tipi Kütləvi kitabxana
Yaradılıb 2023
Ünvan Rami Kışla Müdürlüğü, Yeni Rami Mahallesi, Rami Kışla Caddesi, No. 98/1 Eyüpsultan / İstanbul
Fondu
Fondun həcmi 2,500000
Sayt ramikutuphanesi.gov.tr
ramikutuphanesi.gov.tr/tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

220 min kvadratmetr sahədə inşa edilən kitabxana 4200 nəfərlik istifadəçi yeri və 2,5 milyon kitaba malikdir. Kitabxanada şəhər muzeyi, kitab mağazaları, suvenir mağazaları, banklar, kafelər, restoranlar, kinoteatrlar və s. kimi 120-yə yaxın kommersiya müəssisəsi fəaliyyət göstərir, həmçinin 1200 avtomobilin yerləşə biləcəyi dayanacaq tikilib. Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası xidmət bölmələri, Tərtib Müdirliyinin xidmət sahələri, Atatürk Araşdırma İxtisas Kitabxanası və əlyazma təmiri şöbələri daxil edilib. Kitabxananın həyəti ictimai bağ kimi nəzərdə tutulub.[2][3]

Kitabxananın girişi

Rami kazarmaları Osmanlı imperiyası dövründə Asakiri Mənsurəyi Məhəmmədiyyə ordu qüvvələri üçün tikilib və 1828-ci ildə istifadəyə verilib.[1] Kazarma binaları 1871-ci ilə qədər hərbi məqsədlər üçün istifadə edilib. 1923-cü ildən sonra və 1960-cı illərə qədər Cümhuriyyət dövründə Rami kazarmaları Türkiyə Silahlı Qüvvələrinin istifadəsində olub. Hərbçilər kazarmanı tərk etdikdən sonra onlar bir müddət boş qalıblar.[4] [5] Bir müddət boş qalan kazarma binaları Əyyubsultan bələdiyyəsi tərəfindən ərzaq topdansatışçılarına icarəyə verilib. 1972-ci il oktyabrın 14-də Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi kazarmanı mədəni sərvət abidəsi kimi qeydiyyata alıb. Kazarma ərazisi Türkiyə Silahlı Qüvvələri tərəfindən istirahət zonası kimi istifadə olunmaq üçün İstanbul bələdiyyə orqanlarına verilib. 1986-cı ildə Rami kazarmaları yenidən müvəqqəti olaraq İstanbulun o vaxtkı bələdiyyə sədri Bedrettin Dalan (1984–1989-cu illərdə bu vəzifəni tutub) tərəfindən ərzaq mağazalarının Haliç sahilində yerləşdiyinə görə ərzaq topdansatışçılarına icarəyə verilib.[3] Bu vəziyyət Unkapı və Eminönündə tıxaclara, ətraf mühitin çirklənməsinə və səs-küyə gətirib çıxarırdı. O vaxtdan kazarma binası qismən ərzaq topdansatışçiləri tərəfindən ticarət meydançası kimi istifadə olunurdu. Onun ərazisində ümumilikdə 1500-ə yaxın ərzaq mağazası fəaliyyət göstərirdi.[4]

Rami kazarmalarının kitabxanaya çevrilməsi ideyası İstanbul 2010 Avropa Mədəniyyət Paytaxtı araşdırmaları zamanı yaranıb.[6]

Kazarma binalarının bərpasına 2014-cü ildə başlanılıb və 2023-cü ildə başa çatdırılıb.[6] Bərpa zamanı kazarma ərazisində dağılmış məscid də təmir edilərək istifadəyə verilib.[7] Kitabxana 30 dekabr 2022-ci ildə Qlobal Davamlı Turizm Şurası tərəfindən akkreditə olunmuş təşkilat tərəfindən Dayanıqlılıq Sertifikatı alıb.[7]

Kitabxananın açılış mərasimi 13 yanvar 2023-cü ildə baş tutub. Rəsmi açılış mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirakı ilə olub.[1]

  1. 1 2 3 Uştuk, Hilal; Ahmet Esad Şani. "Rami Kütüphanesi açıldı". tr:Anadolu News Agency (türk). 13 January 2023. 13 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2023.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-16.
  3. 1 2 "Rami Kışlası, "şehir müzesi" olacak". Dünya (türk). 2015-05-17. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  4. 1 2 "Ministry of Culture and Tourism to undertake restoration of centuries-old Rami Barracks". en:Daily Sabah. 2014-09-05. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  5. "Turkey's biggest library to open in former Istanbul artillery barracks". Sabah. 2018-06-14. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  6. 1 2 "Arxivlənmiş surət" (türk). 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-16.
  7. 1 2 "Arxivlənmiş surət" (Türkçe). 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]