Ramil Quliyev (sprinter)

Ramil Quliyev (tam adı: azərb. Ramil Eldar oğlu Quliyev, tür. Ramil Eldar oğlu Guliyev; d. 29 may 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet (sprinter). Ramil Quliyev, 2007-2011-ci illərdə Azərbaycan yığmasının, 2011-ci ildən isə Türkiyə yığmasının üzvüdür.

Ramil Quliyev
Şəxsi məlumatlar
Tam adı Ramil Eldar oğlu Quliyev
Vətəndaşlığı Türkiyə Türkiyə
Doğum tarixi (33 yaş)
Doğum yeri Bakı, AzSSR, SSRİ
İdman növü Yüngül atletika
Məşqçisi

Tofiq Əliyev(2002-2009)

Eldar Quliyev(2009-2010)

Oleq Muxin(2010-h.h)
Boyu 187 sm.
Çəkisi 80 kq.

2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında, 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev, Dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həmdə, 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib.

Ramil Quliyev həmçinin, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl və 1 gümüş medal, 2013-cü ildə baş tutan Aralıq dənizi Oyunlarında 2 gümüş medal, 2007-ci ildə baş tutan Avropa Gənclər Olimpiya Festivalında isə 1 qızıl və 1 bürünc medal qazanıb.

Ramil Quliyev, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağ dərili idmançısı hesab olunur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramil Quliyev 1990-cı il 29 mayda Bakı şəhərində anadan olub. Ramil Quliyevin atası 2012-ci ildə vəfat edib.

Ramil Quliyev 2019-cu ildə Rusiyalı idmançı Yekaterina Zavyalova ilə ailə həyatı qurub. Bu evlilikdən cütlüyün qız övladı dünyaya gəlib. Yekaterina Zavyalova evlilikdən sonra soyadını dəyişərək Quliyeva edib. Yekaterina Quliyeva 2012-il London yay olimpiya oyunlarında 800 metr məsafəyə qaçışda 2-ci yerə layiq görülüb.

Ramil Quliyevin şəxsi məşqçisi, Rusiyalı mütəxəssis Oleq Muxindir.

Karyerası[redaktə | mənbəni redaktə et]

Azərbaycan yığmasının heyətində[redaktə | mənbəni redaktə et]

XXIX Yay Olimpiya Oyunları[redaktə | mənbəni redaktə et]

Ramil Quliyev, beynəlxalq səviyyədə birinci yarışına 2006-cı ildə qatıldı.

Türkiyə yığmasının heyətində[redaktə | mənbəni redaktə et]

XXXI Yay Olimpiya Oyunları[redaktə | mənbəni redaktə et]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra İl Şəhər Yarış 60 m. 100 m. 200 m. 4 x 100 m.
Nəticə Yer Nəticə Yer Nəticə Yer Nəticə Yer
Azərbaycan Azərbaycan
1. 2006 Çin Pekin Gənclərin Dünya Çempionatı
qatılmadı
10.91
qatılmadı
2. 2007 Çexiya Ostrava Yeniyetmələrin Dünya Çempionatı
qatılmadı
20.72 2
qatılmadı
3. Serbiya Belqrad Avropa Gənclər Olimpiya Festivalı
qatılmadı
10.50 1 20.98 1
qatılmadı
4. 2008 İspaniya Valensiya Dünya Çempionatı (zalda) 6.84 27
qatılmadı
5. Polşa Bıdqoş Gənclərin Dünya Çempionatı
qatılmadı
21.00 5
qatılmadı
6. Çin Pekin Olimpiya Oyunları
qatılmadı
20.66 24
qatılmadı
7. 2009 İtaliya Turin Avropa Çempionatı (zalda) 6.67 7
8. Bosniya və Herseqovina Sarayevo Komandalar arası Avropa Çempionatı 10.76 1 20.71 1 39.78 1
9. Serbiya Belqrad Universiada Oyunları 20.04 1
Gənclərin Avropa Çempionatı 10.16 2 20.33 1
Dünya Çempionatı 20.61 7
Türkiyə Türkiyə
2014 İsveçrə Sürix Avropa Çempionatı DQ 29.48 6 39.83 14
2015 Çin Pekin Dünya Çempionatı 20.11 6
2016 Niderland Amsterdam Avropa Çempionatı 10.21 6 29.51 2 39.58 14
Braziliya Rio-de-Janeyro Olimpiya Oyunları 20.49 8 38.80 10
2017 Azərbaycan Bakı İslam Həmrəyliyi Oyunları 10.06 1 20.08 1 39.56 2
Böyük Britaniya London Dünya Çempionatı 20.09 1
Böyük Britaniya London Diamond League 20,17 1

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]