Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Ramin Məmmədov.
Ramin Məmmədov (18 aprel 1957, Bum, Qutqaşen rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istefada olan polis mayoru, publisist, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədr müavini.
1957-ci il aprelin 20-də Qəbələ rayonunun Bum qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bum qəsəbə orta məktəbinin səkkizinci sinfini bitirən Ramin Məmmədov 1972–1975-ci illərdə indiki Bakıxanov qəsəbəsində ÜİLKGİ-nin 50 illiyi adına 74 N-li orta texniki-peşə məktəbində oxumuş, tornaçı peşəsinə yiyələnərək orta təhsilini başa vurmuşdur.
1975–1976 və 1978–1979-cu illərdə Balaxanı qəsəbəsində M. Əzizbəyov adına Kənd Təsərrüfatı Maşın Təmiri zavodunda ixtisası üzrə işləmişdir. 1976–1978-ci illərdə Pskov vilayəti, Ostrov şəhəri ərazisində SSRİ Silahlı qüvvələrinin raket hissələrində xidmət etmiş, bölmə komandiri olmuş, xidmətdə və təlimlərdə daim fərqləndiyinə görə "Sovet Ordusu Əlaçısı" döş nişanına layiq görülmüş, serjant (indiki çavuş) rütbəsində ehtiyata tərxis olunmuşdur. 1979-cu ilin sentyabr ayından Rusiya Federasiyası Tümen vilayətinin Nijnevartovsk şəhər 33 saylı Tikinti Quraşdırma İdarəsində çilingər işləmişdir. 1980–1992-ci illərdə Nijnevartovsk Dəmir Yol Nəqliyyatı Daxili İşlər Şöbəsində bölmə komandiri, əməliyyat növbətçisi, SƏDM (İSQCM) əməliyyat müvəkkili vəzifələrində çalışmışdır. Həmin dövrdə xidmətdən ayrılmadan – 1981-ci ildə Kemerovo şəhərində kiçik komandirlər məktəbində altı aylıq kurs keçmiş, 1983–1985-ci illərdə Tümen vilayət partiya komitəsi yanında Siyasi Universitetin İdeoloji kadrlar şöbəsində ali, 1985–1988-ci illərdə SSRİ DİN-nin Nijnitagil Xüsusi Milis Məktəbində (Sverdlovsk filialı) orta-ixtisas hüquq təhsili almış, 1988–1990-cı illərdə uzun müddət ştatdankənar müxbiri olduğu Hijnevartovsk şəhər "Leninskoye znamya" (indi "Mestnoye vremya") qəzetinin nəzdində ikiillik jurnalistika kursunu bitirmişdir. 1992-ci ilin mart ayında Nijnevartovskda "Azərbaycan" adlı ilk diaspor təşkilatlarından birinin yaranmasında fəal iştirak etmişdir.
1992-ci ildə leytenant rütbəsində xidmətini doğma Vətənə dəyişərək Qaradağ RPİ-nin 10-cu PB-də əməliyyat növbətçisi, sahə müvəkkili və baş sahə müvəkkili vəzifələrində işləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir. 1993-cü ildə ölkəmizin cənub bölgəsində baş vermiş separatçı Talış-Muğan hadisələri ilə bağlı həmin əraziyə ezam olunmuşdur. 2004-cü ildə mayor rütbəsində təqaüdə çıxmışdır. Nizam-intizamlı, prinsipial, savadlı və bacarıqlı zabit kimi III dərəcəli "Qüsursuz xidmətlərinə görə" medalı və "Sovet milisi əlaşısı" döş nişanı ilə təltif edilmişdir.
2017-ci ildə səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Ağsaqqallar Şurasının və Qaradağ rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif edilmişdir.
Ədəbi yaradıcılığa 1971-ci ildə Qəbələ rayon qəzeti səhifələrində dərc etdirdiyi kiçik məqalələrlə başlamışdır. Rusiyada "Leninskoye znamya" (indiki "Mestnoye vremya"), "Varta", "Neftyanik", "Qazopererabotçik", "Na udarnoy stroyke" (Nijnevartovsk ş.), "Tümenskaya pravda", "Tümenskiy komsomolets" (Tümen ş.), "Uralski raboçi", "Putyovka" (Yekaterinburq şəh.), "Pravda", "Krasnaya zvezda", "Sovetskaya militsiya" (jurnal) (Moskva ş.), "Kommunist" (indi "Xalq qəzeti"), "Molodyoj Azerbaydjana", "Bakinski raboçi", "Vışka", "Mübariz keşikdə", "Qəbələ", "Yurddaş" kimi yerli və mərkəzi qəzetlərdə 150-dən çox oçerk və publisist yazılarla çıxış etmişdir. Bakıda sıx əməkdaşlıq etdiyi dövri mətbuatda dərc olunmuş 200-dən artıq məqalə, oçerk, elmi-publisist yazılarında, başlıca olaraq, Rusiyada mövcud Azərbaycan milli icmalarını, onların fəallarını, təsis etdiyi diaspor mətbuatını, orada yaşayan ziyalılarımızı, ölkələrimiz arasında isti münasibətlərin inkişafını işıqlandırmış, Moskva ensiklopedik nəşrlərində mövcud erməni saxtakarlıqlarını, millətçilərin cinayət əməllərini, onların "Ya – russkiy", "Era Rossii", "Za russkoye slovo", "Za rus", "Russkiy front Moskovii" və s. millətlərarası münasibətlərin pozulmasını təbliğ edən mətbuat orqanlarını ifşa etmişdir. 1994-cü ilin may ayında Qarabağda atəşkəs əldə edildikdən və 1996-cı ildə fövqaladə vəziyyət ləğv edildikdən sonra 1997–2020-ci illərdə Rusiyaya 40 dəfə yaradıcılıq səfəri etmiş, 100 şəhərdə araşdırmalar apararaq oradakı alim və başqa ziyalılarımıza, diaspor icmalarımızın işinə, fəallarına, mətbuatına, perspektivlərinə, Azərbaycan-Qarabağ həqiqətlərinə, azərbaycançılığın təbliğinə, tariximizə, mədəniyyətimizə dair rusca 30-dan çox kitab yazıb nəşr etdirmişdir. Sonra topladığı bütün materialları sistemləşdirərək rusca "Odlar Yurdunun övladları Rusiya tarixində" ensiklopedik oçerklər kitabının üç nəşrini çap etdirmiş, həmin kitabları qonşu ölkənin mərkəzi və yerli kitabxanalarına, redaksiyalarına, ziyalılarına çatdırmışdır. Deyilənlərə əsaslanaraq qeyd etmək yerinə düşər ki, Ramin Məmmədov Azərbaycan həqiqətlərini, tariximizi, elmimizi, mədəniyyətimizi, milli ədəbiyyatımızı təbliğ etmək sahəsində ciddi işlər görmüşdür. Eyni zamanda o, müxtəlif elmi nəşrlərdə dərc olunmuş "Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı", "Mirzə Kazım bəy: elmi və pedaqoji fəaliyyətinin Kazan dövrü" və s. elmi məqalələrin müəllifidir. O, qonşu ölkədə milli diaspor təşkilatlarımızın nəşr etdiyi və heç bir kitabxanada, arxivdə olmayan, özünün səfərləri zamanı bircə-bircə topladığı 57 adda qəzet və jurnalı araşdırmış, bunun əsasında "Rusiyada Azərbaycan mühacirət mətbuatı. Monoqrafiya" (2018) kitabını çap etdirmişdir. Rusiya üzrə bir müddət "Bakinski raboçi" qəzetinin ştatdankənar müxbiri, müqavilə ilə "Vışka" və "OKO" qəzetlərinin xüsusi müxbiri olmuşdur. Mərkəzi və yerli mətbuatda onun yaradıcılıq fəaliyyətinə dair 115-dən çox yazı dərc edilmişdir.
Azərbaycan dilində
- Vətən həsrətilə keçdiyim yollar. В., Şur, 1994, 90 s.
- Yaddaşımın izilə. В., Cik-Cik, 1995, 80 s.
- Qəbələ: insanlar, talelər, ziyalılar. (I kitab). В., "Cik-Cik", 1996, 120 s.
- Qəbələ: insanlar, talelər, ziyalılar. (II kitab). В., "Şirvannəşr", 1996, 176 s.
- Qəbələ: insanlar, talelər, ziyalılar. (III kitab). В., "Şirvannəşr", 1998, 320 s.
- Neftin işığında — Lökbatanda. В., "Şirvannəşr", 2000, 178 səh., 200 s.
- Səfərnamə — Путешествие. В., "Şirvannəşr", 2001, 360 s.
- Rusiya: ziyalılarımız, mətbuatımız, münasibətlərimiz. В., Şirvannəşr, 2003, 110 s.
- Sibir dəftərindən. В., "Şirvannəşr", 2004, 40 s.
- Qəbələ ziyalıları. В., "Şirvannəşr", 2005, 452 s.
- 50-ci bahardan boylananda. Б., "Ziya- Nurlan", 2007, 210 s.
- Rusiyada Azərbaycan mühacirət mətbuatı. Monoqrafiya. B., "Ziya" NPM, 2018, 440 s.
Rus dilində
- От Баку до Москвы. Б., "Ширваннешр", 1999, 190 с.
- От Баку до Москвы и далее… Б., "Ширваннешр", 2000, 480 с.
- Путешествие. Б., "Ширваннешр", 2002, 112 с.
- Москва: они родом из Азербайджана. Б., "Ширваннешр", 2002, 182 с.
- Москва, Санкт-Петербург: они из Азербайджана. Б., "Зия-Нурлан", 2003, 212 с.
- Путешествие по городам России. Б., Ширваннешр", 2004, 184 с.
- В поисках родных. Б., Насир, 2004, 180 с.
- Азербайджан — древняя страна. Б., "Ширваннешр", 2005, 144 с.
- Азербайджанцы сражались за Родину. Б., "Ширваннешр", 2005, 160 с.
- Наши соотечественники в Ханты-Мансийске. Б., "Ширваннешр", 2005, 128 с.
- Узы дружбы. Б., "Ширваннешр", 2006, 178 стр., тираж 300.
- Наши соотечественники в Тюменской области. Б., "Зия-Нурлан", 2007, 270 с.
- Соотечественники. Б., "Ширваннешр", 340 с.
- Наши соотечественники в Тюменской области. Издание второе, дополненное. Б., "Зия-Нурлан", 2007, 216 с.
- Люди одной земли. Б., "Зия-Нурлан", 2008 266 с.
- Наши соотечественники в Тюменской области. Издание третье, дополненное. Б., "Зия-Нурлан", 2008, 264 с.
- Соотечественники, изд. второе, дополненное. Б., "Зия-Нурлан", 2008, 260 с.
- В сердце России. Б., "Зия-Нурлан", 2009, 208 с.
- Век ученого. Б., "Зия-Нурлан", 2009, 224 с.
- Соотечественники, изд. третье, дополненное. Б., "Зия-Нурлан", 2009, 288 с.
- Не война, а мир. Б., "Зия-Нурлан", 2010, 160 с.
- Сыны Страны Огней в истории России. Б., "Зия-Нурлан", 2011, 496 с.
- Сыны Страны Огней в истории России, изд. второе. Б., "Зия-Нурлан", 2011, 320 с.
- Дружбе нет альтернативы. Сыны Страны Огней в истории России, изд. первое. Б., "Зия-Нурлан", 2013, 400 с.
- Дружбе нет альтернативы. Сыны Страны Огней в истории России, изд. третье. Б., "Зия-Нурлан", 2013, 544 с.
- Хранящие покой и порядок. Б., "Зия- Нурлан", 2013, 160 с.
- Тёплые ветры: Баку – Москва. Б., "Зия", 2019, 392 с.
- Qalib Əhmədov. Keçid dövrünün (1988–1998) siyasi paradoksları: Partiyalar, liderlər, cərəyanlar. B., "Siyasət", 1998. 456 s.
- Gülməmməd Babayev. Keçmişlərin sorağında. B., "Şirvannəşr", 2003, 76 s.
- Xalis Məmmədov. İsmayıl bəy Qutqaşınlının xatirə-ev muzeyi. B., "Şirvannəşr", 2004, 44 s.
- Валех Адыгезалбеков. Рана 1937 года. Б., "Зия" ИЦП, 2019, 104 с.
Azərbaycan dilində
- Redaksiya. Günəşli diyarın elçisi. "Mübariz keşikdə" (Azərb. DİN-nin qəzeti), 25.12.1985.
- Tahir Bağırov. Fəxr edirik. "Qalibiyyət" (indi "Qəbələ), 13.03.1986.
- Sabir Nuri. Vətən oğlu. "Dialoq" jurnalı, N 17–18, 1991.
- Bibixanım İsayeva. Torpaq səni səsləyir. "Qəbələ", 14.02.1992.
- Hüseyn Məmmədov. Bum və bumlular. Bakı, "Şirvannəşr", 1999, səh. 76–79.
- Qalib Əhmədov. Mühitim, müasirlərim və mülahizələrim. Bakı, "Zaman", 2001, səh. 345–348.
- Ramin Məmmədov – 45. "Dünyaya pəncərə" (xüsusi buraxılış) N 4 (3), 2002.
- İ. Cəfəroğlu. Azərbaycanı Rusiyada layiqincə təmsil edən yurddaşlarımız. "Azərbaycan", 12.01.2003.
- Emin Baratoğlu. Eldar Quliyev. Kümədağlı oğullar. Bakı, "Təfəkkür", 2003, səh. 76–77.
- Emin Baratoğlu. Bir kəndin ulduzları. Bakı, "Günəş", 2004, səh. 140–141.
- Redaksiya. Vətənin layiqli təbliğatçısı. "Yeni nəşrlər. Kataloq – jurnal" N 11–12 (23–24), 2005.
- Fariz Çobanoğlu. "Dostluğa alternativ yoxdur". Yazıçı-jurnalist Ramin Məmmədovun yeni kitabı belə adlanır. "Qarabağa aparan yol"qəzeti, 07.11.2014.
- Əlihüseyn Şükürov. "Həyatda hər şeyi asanlıqla əldə etmək mümkün olsaydı…". "Paritet", 11–12.12.2012, 13–14.12.2012.
- Abid Tahirli. Məktəb: tariximiz, taleyimiz (kitab). Бakı, "Nağıl Evi", 2013, s.107.
- Əlihüseyn Şükürov. Ramin Məmmədovun publisistik kitablarına bir nəzər. 24.06.2014.
- Əlihüseyn Şükürov. Rusiyada Azərbaycan diasporunun fəaliyyəti Ramin Məmmədovun nəşrlərində. "Olaylar", 02.07.2014.
- Gülnarə Zeynalova. Ramin Məmmədov: kitablarımın qəhrəmanları Azərbaycanı bütün dünyada tanıdır (müsahibə-rusca). www Oxu.az (sayt). 03.07.2014.
- Əlihüseyn Şükürov. Ramin Məmmədovun əsərlərində azərbaycançılıq ideologiyası. "Olaylar", 09.07.2014.
- Əlihüseyn Şükürov. Azərbaycan həqiqətlərinin yorulmaz təbliğatçısı. "Xalq qəzeti", 20.07.2014.
- Əlihüseyn Şükürov. Dostluğa alternativ yoxdur. "Azad Azərbaycan", 05.09.2014.
- Əlihüseyn Şükürov. Dostluğa alternativ yoxdur. "Qəbələ", 12.09.2014.
- Əlihüseyn Şükürov. Azərbaycan naminə çalışan insan. "Azad Azərbaycan", 22.10.2014.
- Əlihüseyn Şükürov. Vətənpərvərlik hər zaman böyük məqsədimiz, ali amalımız olmalıır. "Olaylar", 12.11.2014.
- Urmiya gölü faciəsi (məqalələr toplusu). Bakı, "Elm və təhsil", 2014, səh. 145–147.
- Fariz Çobanoğlu. Dostluğa alternativ yoxdur. "Qarabağa aparan yol", 07,14,21.11. 2014.
- Əlihüseyn Şükürov. Dostluğa alternativ yoxdur. "Azad Azərbaycan", 07.12.2014.
- Əlihüseyn Şükürov. Uzaq yollar yolçusu. 24.06.2015.
- Abid Tahirli. Biblioqrafik göstərici (1979–2015-ci illər). Bakı, "Elm və təhsil", 2015, səh. 6,172,215,218,140.
- Ramin Məmmədov. Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı. Müasir ədəbiyyat məsələləri (elmi məqalələr toplusu), IV, Bakı, "Elm və təhsil", 2016, 287–308.
- Əlihüseyn Şükürov. Dostluğa alternativ yoxdur. "Azad Azərbaycan". 12.07.2016.
- Əlihüseyn Şükürov. Azərbaycan hamımızın doğma ocağıdır. "Azad Azərbaycan", 16.08.2016.
- Qəbələ tarixi. Bakı — "CBS PP" MMC, 2017, səh. 136, 139.
- Qəbələ etnoqrafiyası. İstanbul: İhlas Gazetecilik A. Ş., 2017, səh. 306–307.
- Solmaz Məhərrəmova. Daim axtarışda. "Qəbələ", 19. 04. 2017.
- Şərafət Şəfa. Başqaları üçün yaxşı iş görmək vəzifə deyil, zövqdür. "Türk ağsaqqalları dünyası", 10–16.05.2017.
- Azərbaycan Yazıçılar Birliyi. Ramin Məmmədov – 60. "Ədəbiyyat qəzeti", 10.06.2017.
- Tofiq Məlikli. Rusiyada Azərbaycan "OCAQ"I. Bakı, "Təknur", 2018, səh. 62.
- Əlihüseyn Şükürov. Rusiyada Azərbaycan diaspor irsinin fəal tədqiqatçısı. "525-ci qəzet", 11.01.2019.
- Əlihüseyn Şükürov. Rusiyada Azərbaycan mühacirət mətbuatı. "Azad Azərbaycan", 11.01.2019.
- Şərafət Şəfa. Rusiyadakı Azərbaycan diaspor mətbuatına dair ilk tədqiqat əsəri. Ağsaqqallar. az saytı. 18.03.2019.
- Şərafət Şəfa. Rusiyadakı Azərbaycan diaspor mətbuatına dair ilk tədqiqat əsəri. "Türk Dünyası Ağsaqqalları", 02–10.04.2019.
- Qərənfil Dünyaminqızı. Ömrünü-gününü sözə çulğalamış adam. "Kaspi" qəzeti, 18.07.2019.
- İsmayıl. Rusiyada Azərbaycan mühacirət mətbuatı… "Şərq" qəzeti, 26.10.2019.
- Əlihüseyn Şükürov. Daim Vətən eşqilə döyünən ürəklər. "Azad Azərbaycan", 11.01–14.01.2020.
- İsmayıl Qocayev. "Yurddaş" qəzeti Azərbaycan həqiqətlərinin carçısı olub. "Şərq" qəzeti,04.02.2020.
- Əlihüseyn Şükürov. Salnamə yaradan müstəqil jurnalist. 14.02.2020.
Rus dilində
- Борис Гусьев. Нештатный сотрудник редакции. "Ленинское знамя" (г. Нижневартовск), 05.05.1988.
- Лариса Михеева. Свое отношение к героям автор Мамедов не менял. "Местное время"
- (г. Нижневартвоск). 26.06.1999.
- Римма Кайбышева. Рамин о родном Нижневартовске. "Варта" (г. Нижневартовск), 31.01. 2003.
- Иван Третьяков. Путеукладчик дружбы. Размышления над документальными книгами Рамина Мамедова. В книге Рамина Мамедова "Путешествие по городам России". Баку, "Ширваннешр", 2004, 184 стр., стр. 03–31.
- Нилуфар Расулова. Своих героев встречал в городах России. "Вышка", 24.08.2007.
- Надежда Пономарёва. От Баку до самых до окраин, газета "Архангельск" (г. Архангельск). 19.12.2009.
- Зейтулла Джаббаров. Сыны Страны Огней в истории России. "Бакинский рабочий", 01.02.2012.
- Зинят Сафарова. Человек с открытым сердцем. Заметки о творческом пути и книгах Рамина Мамедова. "Türk ağsaqqalları dünyası", 07–14.09.2012.
- Рамин Мамедов. Мирза Казем-бек: Казанский период научной деятельности (научная статья). Наследие Мирзы Казем-бека: История и современность. Доклады и сообщения Международной научной конференции (Г. Казань 20–21 ноября 2013 г. Гл. ред. Р. М. Валеев, Казань, Фолиант, 2015, стр. 114–126.
- Теймур Буниядов (академик). Книги как летопись дружбы между народами. В книге Рамина Мамедова "Дружбе нет альтернативы. Сыны Страны Огней в истории России". Б., "Зия", 2013. 544 стр., стр. 6–9.
- Герои моих книг прославляют Азербайджан во всём мире (интервью). Ru.oxu.az/Society/31377. Беседовала Гюльнара Зейналова. WWW.oxu.az.
- Зейтулла Джаббаров. Дружбе нет альтернативы. "Вышка", 14.11.2014.
- Зейтулла Джаббаров. 110-я весна "Бакинского рабочего". ОАО БКТ № 3, стр. 295–298.
- История Габалы. Баку – ООО "CBC PP", 2017, cтр.,145, 148.
- Этнография Габалы. Стамбул – Ихлас Газетеджилик А. Ш., 2017, стр., 311–312.
- Фархад Гасанов. Наши соотечественники в России. "Вышка", 10.01.2020.