Ramis Alimov (tam adı: Ramis Xarisoviç Alimov; 21 iyul 1958, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Ramis Alimov | |
---|---|
Ramis Xarisoviç Alimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Xaris |
Milliyyəti | tatar |
Fəaliyyəti | Çilingər |
1958-ci il iyulun 21-də Bakıda anadan olmuşdur. Milliyyətcə tatardır. 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.[2] 1973-cü ildən Bakı Boru Kəməri İdarəsində maşın təmiri çilingəri işləmişdir.
Ailəli olmuş, Liliya adlı bir qızı yadigar qalmışdır.
Həmin gecə evdə qızı ilə yatarkən küçədən səs-küy və kömək çağırışları eşitmiş, buna görə də yaralıları xilas etmək üçün evdən çıxmışdır. Yanvarın 20-si qardaşı Şamil Ramisin meyidini Semaşko xəstəxanasından tapmışdır.[3]Döş qəfəsinin sol tərəfinə dəymiş güllə yarasından həlak olmuşdur.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı, 4-cü mikrorayon, Suvorov küçəsi, ev 216, mənzil 90.