Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü.
Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur.
1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir.
1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda mühəndis, 3-cü dərəcə mühəndis-konstruktor vəzifələrində çalışmışdır.
1988-ci ildə AEA Riyaziyyat və Mexanika İnstitutuna köçürülmüşdür.
1988-2002-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda aparıcı konstruktor, aparıcı mühəndis, elmi işçi vəzifələrində işləmişdir.
2003-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsinə işə qəbul edilmişdir.
2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri işləyir.[3]
Data mining; big data analitika; text mining; süni intellekt, onlayn sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellektinə əsaslanan alqoritmlər (evolutionary and particle swarm algorithms).
- 2000-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertanturada təhsil almışdır.
- 2002-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki dissertasiya şurasında “01.01.02 (1211.01) – Diferensial tənliklər” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün “Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi” mövzusunda dissertasiya müdafiə etmişdir.
- 2004-2009-cu illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmlər doktoru hazırlığı üzrə dissertanturada təhsil almışdır.
- 2010-cu ildə AMEA Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunun nəzdindəki dissertasiya şurasında “05.13.01 (3338.01) – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər” mövzusunda dissertasiya müdafiə etmişdir.[4]
- 2017-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.[5]
- 2019-cu ildə birgə tədqiqatlar aparmaq üçün Avstraliya Federasiya Universitetinə dəvət olunmuşdur.
- Rəhbərliyi altında 4 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda fəlsəfə doktoru hazırlığı üzrə 10 doktorant və dissertantın elmi rəhbəridir.
- Jurnalların redaksiya heyətində üzvlük:
- CAAI Transactions on Intelligence Technology[6]
- TWMS Journal of Pure and Applied Mathematics[7]
- International Journal of Decision Support System Technology[8]
- Problems of Information Technology[9]
- Problems of Information Society[10]
- Informatics and Control Problems[11]
- International Journal of Sensors, Wireless Communications and Control[12]
- Turkish Journal of Mathematics & Computer Science[13]
- Artificial Intelligence Evolution[14]
- Communications [15]
- Ukrainian Journal of Information Systems and Data Science[16]
- Web of Science və Scopus bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir.[17]
- Beynəlxalq və respublika səviyyəli konfransların proqram, təşkilat və texniki komitələrinin üzvü olmuşdur.[18][19][20][21]
- Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olmuşdur (2020-2021).
- İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvüdür.[22]
- Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının üzvüdür.[23]
Elmi əsərlərin ümumi sayı: 230[24]
- xaricdə: 131
- respublikada: 33
- Konfrans materialları: 59
- beynəlxalq konfranslarda: 34
- respublika konfranslarında: 25
- Elmi icmallar və broşürlər: 5
Web of Science bazasında indeksləşən əsərlərin sayı: 84[25]
Scopus bazasında indeksləşən əsərlərin sayı: 85[26]
- Elmi əsərlərinə istinadlar:
- 2020-2024[29], [30], [31], [32], [33]-ci illərdə Stenford Universitetinin (ABŞ) alimlərinin Niderlandın “Elsevier” nəşriyyatının “Scopus” elmmetrik bazasının məlumatları əsasında hazırladığı süni intellekt sahəsində dünyanın ən nüfuzlu 2% alimlərinin reytinq qiymətləndirmə siyahısına seçilib.
- 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.[34]
- 2013-cü ildə məqaləsi[35] Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi “3-cü birgə İKT üzrə mükafat müsabiqəsi”ndə ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.